CƏMİYYƏT


® “OBA”da Türkiyə istehsalı olan brend məhsullarına xüsusi endirimlər

Azərbaycanın lider şirkətlərindən biri, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi müştərilərini daim sərfəli və maraqlı kampaniyalarla sevindirməyə davam edir.

Türkiyə ilə Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq nümunəsi olduğu bu gözəl günlərdə “OBA” marketlər şəbəkəsi Türkiyə istehsalı olan 80-dən çox məhsulla xüsusi endirimlər təklif edir. Bu endirimlər çərçivəsində müştərilər Türkiyə istehsalı olan brend məhsulları 30 faizədək endirimli qiymətə əldə edə bilərlər.

Oktyabrın 15-dən başlayan və 21-dək davam edəcək kampaniya çərçivəsində Azərbaycan bazarında müştərilər tərəfindən sevilən çay markası olan “Beta”, Türkiyə bazarının lider markaları və müştərilərimiz tərəfindən sevilən bir çox brend məhsullar : “Eti”, “Ülkər, “Şölen”, “Elvan”, “Kırlangıç”, “Önləm”, ”Pınar”, “Bingo”, “Papia”, “Gül”, “Arko”, “Dory baby”, “Activex”, “Evden”, “Sabah”, “Papilion”, “Baldağ”, “Arfix” və digər bir çox məşhur marka məhsulları alıcılara xüsusi endirimli qiymətlərlə təklif olunur.

Həmçinin mütəmadi olaraq “OBA” marketlərində həyata keçirilən və ənənəyə çevrilən üç kampaniya mövcuddur. Bu kampaniyalara “həftə sonu”, “həftə içi” və yalnız hər həftənin çərşənbə günü qüvvədə olan “möhtəşəm çərşənbə” kampaniyaları daxildir.

Qeyd edək ki, kampaniya 800-dən çox marketi olan bütün “OBA” marketlərində keçərlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.