İQTİSADİYYAT


® “Rabitəbank” Sahibkarlığın İnkişafı Fondu ilə birgə sahibkarlıq dəstəyinə davam edir

Ölkənin aparıcı banklarından biri “Rabitəbank” “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Fərmana əsasən beynəlxalq və yerli maliyyə strukturları ilə uğurlu əməkdaşlıq siyasəti yürüdür. Bank, xüsusən qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı atılan addımlarda öz fəal mövqeyini sərgiləməkdədir. Bu silsilə addımların davamı kimi “Rabitəbank” və Sahibkarlığın İnkişafı Fondunun maliyyə dəstəyi ilə “Aqro İnvest və istehsalat” MMC - yeni karton-qutu fabrikinin açılış tədbiri baş tutub. Tədbirdə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Arif Vəliməmmədov, “Rabitəbank”ın İdarə Heyətinin sədr müavini Orhan Gültekin iştirak edirdilər. Onlar sahibkarlara yaradılan şərait nəticəsində Azərbaycana idxal edilən məhsulların əvəzinə yerli istehsal hesabına ölkədən valyuta axının qarşısının alınması istiqamətində daha bir uğurlu layihəyə imza atıldığını məmnunluqla bildiriblər.

Qeyd edək ki, “Aqro İnvest və İstehsalat” MMC 2016-cı ildə təsis edilib və hazırda ümumi işçilərinin sayı 120 nəfərə yaxındır. Yeni fabrikin açılması şirkətdə 40-a yaxın yeni işçilərin işə götürülməsinə şərait yaradacaq.

Qeyd edək ki, “Rabitəbank” yarandığı gündən intensiv şəkildə biznes kreditləri verir və biznes kreditləri bankın portfelinin 60 faizə qədərini təşkil edir. Pandemiya dövründə yaranmış durğunluğu aradan qaldırmaq və real sektorun inkişafına töhfə vermək üçün “Rabitəbank” dövlət fondları ilə sıx əməkdaşlıq edir və sürətli bankçılıq həlləri təklif edir. Biznes məhsulları ilə ətraflı tanış olmaq üçün qarşıdakı linkə keçid edə bilərsiniz https://www.rabitabank.com/biznes


“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, “133” nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.