İQTİSADİYYAT


® “Rabitəbank” aztəminatlı ailələrin biznes xəyallarını gerçəkləşdirib

“Rabitəbank” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran kəndlilərə mal və materialların verilməsini həyata keçirib.

Xaçmaz rayon sakini Tünzalə xanımın uşaqlıq arzusu dərzi olmaqdır: “Evdə hərdən özüm üçün iynə-sapla işləsəm də, bu işdən pul qazana bilmirdim. İmkan da yox idi ki, bacarığımı biznesə çevirim və özümü sahibkar kimi formalaşdırım. Amma bu gün “Rabitəbank”ın əməkdaşları mənə elektriklə işləyən müasir tikiş maşını hədiyyə etdilər. İllərdir ürəyimdə olan arzuma çatdım. “Rabitəbank”ın əməkdaşlarına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göstərdiyi diqqət və qayğıdan dolayı təşəkkür edirəm”. 

Heyvandarlıqla məşğul olan Kürdəmir rayon sakini Muğan Məmmədovun da ailəsində bu gün sevincli gün yaşanır. Muğan bəy ailəsini keçindirmək üçün süd istehsal edir və ya ətlik inək saxlayırdı. “Rabitəbank”ın dəstəyi ilə Muğan bəyin təsərrüfatının məhsuldarlıq həcmi artmış və ailə təsərrüfatını genişləndirmək arzusu həyata keçib: “Həmişə istəmişəm ki, heyvandarlıqla məşğul olaraq təsərrüfat həcmini artırım və işimi genişləndirim. Elə bil “Rabitəbank” mənim bu istəyimi eşitmiş kimi bu bayram günündə 2 inək hədiyyə etdi. Mənim üçün ikiqat bayram oldu. Axır ki, sevdiyim işlə daha rahat məşğul ola biləcəyəm!”.

Öz təsərrüfatını qurmağa hazırlaşan Muğan bəy gələcəkdə inəklərin sayını artırmaqla digər kənd sakinlərini də təsərrüfata cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, “Rabitəbank” korporativ sosial məsuliyyət siyasətinə uyğun olaraq özünüməşğulluq proqramına dəstək verir. Bankın bu kimi addımı, xüsusən koronavirus pandemiyası dövründə ölkədə mənfi sosial-iqtisadi təsirlərin azaldılması, məşğulluq məsələlərinin həlli sahəsində aparılan fəal dövlət siyasətinə bir dəstəkdir.

“Rabitəbank” Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, “Rabitəbank Mobile” adlı mobil əlavəsi, “İnternet Bankinq” və “RabitaBot” adlı çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.