® “Rabitəbank”ın lotereyasının ikinci tirajı yekunlaşıb
AzerTAg.az

“Rabitəbank”ın mobil tətbiq istifadəçiləri üçün keçirdiyi lotereyanın növbəti tirajının qalibləri müəyyən olunub.
Avqustun 1-i başladılmış “Rabita Mobile ilə ödə və qazan” stimullaşdırıcı lotereyanın ikinci tirajı yekunlaşıb. Oktyabrın 4-də bankın rəsmi feysbuk səhifəsində canlı yayım zamanı lisenziyalı proqram təminatının təsadüfi seçimi ilə ikinci tirajın 6 qalibi təyin edilib. Qaliblərin siyahısı ilə tanış olun:
Nicat Eyvazzadə - “iPhone 12” qalibi
Nicat Rzayev – “Samsung Note20” qalibi
Çingiz Quliyev – “Apple Watch series 6” qalibi
Məhəmməd Əhmədov – “Apple Watch series 6” qalibi
Rəfiqə Zamanova – “Airpods Pro” qalibi
Natiq Mikayılov – “Airpods Pro” qalibi
Xatırladaq ki, lotereyada iştirak etmək üçün mütləq “Rabita Mobile” tətbiqinin istifadəçisi olmaq lazımdır. İştirak hüququ qazandıran ödəniş növləri isə bunlardır: Tətbiqdə “Rabitəbank”a məxsus və ya digər bank kartları ilə 50 AZN dəyərində kredit ödənişi həyata keçirmək, tətbiqdə mövcud hesaba digər bank kartı ilə 50 AZN mədaxil etmək.
50 AZN = 1 şans və hər iştirakçının tiraj boyunca maksimum 50 şansı ola bilər (2500 AZN=50 şans).
Sonuncu, yəni üçüncü tirajın tarixi noyabrın 2-dır. Bu tirajda da seçiləcək 6 qalib “iPhone 12”, “Samsung Note 20”, 2 ədəd “AirPods Pro”, 2 ədəd “Apple watch 6” hədiyyələrindən birinə sahib olacaqlar.
Siz də “Rabita Mobile” ilə ödəyin və qazanın! “Rabita Mobile” tətbiqini həm “APP Store”, həm də “Play Market”dən yükləyə bilərsiniz: http://rbt.az/rbm
Ətraflı məlumat üçün “www.rabitabank.com” saytını ziyarət etmək və ya “133” Çağrı mərkəzi ilə əlaqə saxlamaq mümkündür.
“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, “133” nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.
Xəbərin mətnində orfoqrafik səhv var