İQTİSADİYYAT


® “Rabitəbank”ın stimullaşdırıcı lotereyasının sonuncu qalibləri müəyyən olunub

“Rabitəbank”ın mobil tətbiq istifadəçiləri üçün keçirdiyi “Rabita Mobile ilə ödə və qazan” lotereyasının sonuncu - üçüncü tirajı baş tutub. Avqustun 2-dən start götürən və noyabrın 2-dək davam edən stimullaşdırıcı lotereyanın sonuncu qalibləri artıq bəllidir. Bankın rəsmi feysbuk hesabında canlı yayım zamanı müəyyənləşdirilmiş 6 qalibə hədiyyələri təhvil verilib. Qeyd edək ki, iştirakçılar şərtlərə riayət etmiş tətbiq istifadəçiləri arasında xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında qalib olublar.

Qaliblərin siyahısını təqdim edirik: Cəbrayılov Nurlan – “iPhone 12”, Zeynalova Ziyafət – “Samsung Note20”, İsayev Tural – “Apple watch 6”, Soltanlı Elxan – “Apple watch 6”, Məmmədov Simran – “Airpods Pro”, Kazımzadə İqrar – “Airpods Pro”.



Xatırladaq ki, lotereyada iştirak hüququ verən şərtlər “Rabita Mobile” tətbiqi vasitəsilə “Rabitəbank”a məxsus krediti istənilən bank kartı ilə ödəmək və ya tətbiqdə qeydiyyatdan keçirilmiş hesaba digər bank kartları vasitəsilə mədaxil etmək idi. Hər iki əməliyyat istifadəçilərə banka gəlmədən, sürətli şəkildə əməliyyatı yekunlaşdırmağa imkan verir və bu halda nə “Rabitəbank” kartından, nə də digər bank kartından komissiya tutulmur. 


“Rabitəbank”ın nağdsız ödənişlərə təşviq edəcək kampaniya və aksiyalarının davamı olacaq. Bu və digər kampaniyalardan xəbərdar olmaq üçün Bankın rəsmi sosial media hesablarını izləmədə saxlayın.

“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, “133” Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.