Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

…SƏNƏTİ ÖZÜNDƏ SEVƏN REJİSSOR

Bakı Bələdiyyə Teatrının quruluşçu rejissoru, Dövlət Mədəniyyət və İncəsənət Universiteti sənətşünaslıq fakültəsinin müəllimi Ədalət Ziyadxanov müəllif fikrinin, niyyətinin aydın-aşkar şərhinə çalışan, tamaşanın ali məqsədini sözlə deyil, aktyor oyunundakı hərəkətlə əməl-fəaliyyətin vəhdətində maksimum üzə çıxaran, düşündürücü quruluş tərzinə malik rejissorlardandır.

Ədalət Ziyadxanov sözün həqiqi mənasında hazırladığı səhnə əsərlərində belə bir əməli prinsipə söykənir ki, «yazıçının duyğu və fikirləri, onun arzuları, əzabları və sevinclərinin çatdırılması tamaşanın ali məqsədinə çevrilməlidir» (K.Stanislavski). Onun təbirincə, rejissorlar dram əsərlərinə özlərinin ifadə vasitəsi kimi baxmamalı, tamaşanın müəllifliyi iddiasına düşməməlidirlər. Əksinə, rejissor fərdiyyəti müəllif fərdiyyəti vasitəsilə aşkar olmalıdır.

Ədalət böyük səhnədə peşəkar rejissor yaradıcılığına 1974-cü ildə Akademik Milli Dram Teatrında xalq şairi Səməd Vurğunun «İnsan» pyesinin rejissoru kimi başlayıb. Sonralar bir çox teatrlarda, o cümlədən Dövlət Teleradio Verilişləri Şirkətində, C.Cabbarlı adına «Azərbaycanfilm» studiyasında, Şəki Dövlət Teatrında, Azərbaycan Konsert Birliyinin Miniatür Teatrında, Sumqayıt Dövlət Teatrında, Bakı Bələdiyyə Teatrında, Dövlət Musiqili Komediya Teatrında bir-birinin ardınca maraqlı televiziya tamaşalarına və səhnə əsərlərinə quruluş verib. Müxtəlif illərdə Ağdam Dövlət Dram Teatrının direktoru və baş rejissoru, Fizuli Dövlət Dram Teatrının baş rejissoru, Dövlət Musiqili Komediya Teatrının quruluşçu rejissoru vəzifələrində çalışıb.

Ötən 29 illik rejissorluq fəaliyyətində, axtarışlar prosesində Ədalət Ziyadxanov işgüzarlığı, nəzəri hazırlığı və dünyagörüşünün yeniliyi ilə həyatla, zamanla sənət arasında əlaqə bağlarını tapa bilib, tamaşadan-tamaşaya ardıcıl şəkildə bu əlaqə bağlarının yeni-yeni ilmələrini kəşf edib.Ədalət Ziyadxanovun yaradıcılığının ən qabarıq fərdi xüsusiyyətlərindən biri və bəlkə də, birincisi səhnədə tamaşanın ali məqsədini, ana xəttini, konfliktini, janrını, tərtibatını, musiqi məqamlarını, mizan vermək prinsiplərini qurandan sonra improvizasiyalar edə bilmək ustalığına malik olmasıdır. Şübhəsiz, bunun nəticəsidir ki onun quruluş verdiyi əsərlərdə rejissor işinin gözəlliyi, estetik hüsnü, bədii təravəti elə ilk görünüşdəcə tamaşaçının qəlbini oxşayır, onu ələ ala bilir.

Rejissorun indiyə qədər səhnələşdirdiyi 50-dən çox əsərin siyahısını nəzərdən keçirdikdə ilk baxışdan hiss edirsən ki, bu tamaşaların hərəsinin özünəməxsus iqlimi, havası vardır. Bir tərəfdən gülüş gətirən, komediya yaradan, digər tərəfdən həyacan doğuran, hissləri çırpındıran, zərif duyğulara sığal çəkən, onları oyadan iqlim. Ona görə də eyni janrlı «Sərgüzəşti-vəziri-xani Lənkəran», «İbrahim Xəlil kimyagər» (M.F.Axundov), «Mehmanxana sahibəsi» (K.Qoldoni), «Poçt şöbəsində xəyal» (Elçin), «Hələlik» (R.Əhmədzadə və E.Sabitoğlu), «İtkin ər» (Ə.Əmirli), «Oğul» (A.Babayev) tamaşalarında rejissor üslubu, dəst-xətti nə qədər oxşar olsa da, iqlim bir o qədər fərqlənir.

Hazırda rejissorun yeni quruluş verdiyi iki əsərin – Əli Əmirlinin «İtkin ər» və Cahangir Məmmədovun və Ramiz Mustafayevin «Məsmə xala dayımdır» komediyalarının Dövlət Musiqili Komediya Teatrında tamaşaları göstərilir.

Teatr sənəti aləmində korifey sənətkarların yolunu sədaqətlə davam etdirən Bakı Bələdiyyə Teatrının bədii rəhbəri, xalq artisti, Milli Məclisin deputatı, professor Amaliya Pənahovanın dəvəti ilə həmin teatrda quruluşçu rejissor kimi fəaliyyət göstərən Ədalət Ziyadxanov bu günlərdə yazıçı-dramaturq Aqşin Babayevin «Oğul» pyesi üzərində yaradıcılıq işlərini başa çatdırıb. Tamaşanın premyerası yeni mövsümdə Bakı Bələdiyyə Teatrının səhnəsində olacaqdır. Əsas rolları xalq artisti Vaqif Əliyev, əməkdar artistlər Azad Şükürov, Səmayə Sadıqova, Tofiq Bayramov, Mahirə Yaqubova, Əfqan Soltanov, Kazım Abdullayev, Rafiq İbrahimov, Əhməd Salahov, Firəngiz Babayeva, Gülsabah Quliyeva, Arzu Hüseynova, Şahzadə Babayeva və başqaları oynayacaqlar.

Ədalət Ziyadxanov bu gün də gənclik ehtirası ilə müasirliyin özəyinin, fikirlərin dinamik çevikliyinin, estetik təsirinin, cazibədarlığının yorulmaz yaradıcılıq axtarışındadır. Bu yolda isə ancaq K.Stanislavski demiş «özünü sənətdə yox, sənəti özündə sev»ənlər uğur qazana bilərlər.

Bakı Bələdiyyə Teatrının quruluşçu rejissoru Ədalət Ziyadxanov da məhz sənəti özündə sevən rejissorlardandır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir