MƏDƏNİYYƏT


 “TRT AVAZ”televiziya kanalının efirində “Can Azərbaycan” adlı reportaj

İstanbul , 18 noyabr, AZƏRTAC

“TRT AVAZ” televiziya kanalı  Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Azərbaycanda keçirilən İkinci Beynəlxalq Aşıq Festivalı barədə “Can Azərbaycan” adlı geniş reportaj yayıb.

Festivala qatılmış el sənətkarlarının ifaları və düşüncələri əsasında hazırlanan reportajda diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan bu tədbir türk xalqlarının ortaq mədəni irsini yaşatmaq, inkişaf etdirmək və təbliğinə nail olmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Reportajda həmçinin, Azərbaycanın sosial-iqtisadi inkişafını nümayiş etdirən ölkəmizin ayrı-ayrı bölgələrinə aid cəlbedici kadrlardan da istifadə olunub. 

Sabir Şahtaxtı,

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.