ELM VƏ TƏHSİL


 UNEC-də seminar: “Scopus” indeksli jurnalların axtarış qaydaları

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Scopus” indeksli jurnalların axtarış qaydaları haqqında onlayn seminar keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarın əsas məqsədi “Scopus” biblioqrafik verilənlər bazasına daxil edilən məqalələrin nəşri üçün düzgün jurnalların seçilməsi qaydaları barədə universitetin professor-müəllim heyətini maarifləndirmək olub.

Seminarı açan Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova “UNEC-in beynəlxalq reytinq sıralamasında mövqeyinin yaxşılaşdırılması məqsədilə” təsdiq olunmuş tədbirlər planının müvafiq bəndinə diqqət çəkərək, bu mənada seminarın aktuallıq kəsb etdiyini iştirakçıların nəzərinə çatdırıb.

“Scopus” indeksli jurnalların axtarış qaydaları haqqında təqdimatla çıxış edən Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri Ülviyyə Rzayeva beynəlxalq elmi informasiya məkanında nəşrlərin təşviqi və elmi tədqiqat nəticələrinin elmi kommunikasiya sisteminə daxil edilməsi üçün əsas addımların nədən ibarət olduğunu seminar iştirakçıları ilə bölüşüb, məqalənin mövzusuna dair jurnallar və onlar haqqında məlumatın axtarılması qaydalarını təqdim edib.

Təqdimatın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçi tərəfindən seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.