MƏDƏNİYYƏT


 Ümummilli Liderin əziz xatirəsi 24 nömrəli musiqi məktəbində də anılıb

Bakı, 11 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 24 nömrəli onbirillik musiqi məktəbində ümumi fortepiano şöbəsinin hazırladığı ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ilinə həsr olunmuş konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin aparıcısı, saz ixtisası üzrə V sinif şagirdi Aydan Sultanova əhatəli çıxışı ilə ulu öndər Heydər Əliyev haqqında iştirakçılara məlumat verib.

Qeyd edək ki, konsert proqramında Azərbaycan bəstəkarları ilə yanaşı, qərb bəstəkarlarının əsərləri də səsləndirilib.

Tədbir çərçivəsində ümumi fortepiano və digər musiqi aləti fənləri üzrə dərs alan şagirdlər də çıxış ediblər.

Sonda məktəbin tədris işləri üzrə direktor müavini Rəna Həsənova çıxış edərək şagirdləri və onların müəllimlərini, eləcə də valideynləri təbrik edib, əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.