İQTİSADİYYAT


® “Ürəklər”inizlə Silahlı Qüvvələrə dəstək olun!

Son günlər ölkədə müharibə şəraitinin davam etməsi səbəbindən əhali Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etmək istəyir. Bunu nəzərə alaraq, “BirBank” mobil tətbiqində sosial aksiya keçirilərək, yeni funksiya təqdim edilib. Belə ki, tətbiq istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini Yardım Fonduna ianə formasında “xərcləyə” bilərlər.

Fondun ianə hesabına 10 min “Ürək” müqabilində 1 manat, 50 min “Ürək” müqabilində 5 manat, 100 min “Ürək” müqabilində isə 10 manat köçürmək olar.

Qeyd edək ki, “BirBank” mobil tətbiqinin istifadəçiləri POS-terminal, internet və “BirBank” vasitəsilə nağdsız ödənişlər edərək, “Ürək” qismində olan bonuslar qazana bilirlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan “BirBank” tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri bir dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri var: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonusların idarə edilməsi və s.

Ətraflı məlumat üçün www.birbank.az  və ya 196 Məlumat Mərkəzi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.