MƏDƏNİYYƏT


 Uşaq musiqi məktəbinin beynəlxalq müsabiqədə növbəti uğuru

Bakı, 6 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə şagirdi Nərgiz Zülfüqarlı Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən "New Vision Art" Beynəlxalq incəsənət müsabiqəsində fortepiano nominasiyası üzrə iştirak edərək birinci dərəcəli diploma layiq görülüb.

İdarədən AZƏRTAC-a bildirilib ki, Nərgiz müsabiqəyə Cahangir Zülfüqarovun "Fantaziya" əsəri ilə qatılıb.

Qeyd edək ki, bu, Nərgizin ilk uğuru deyil. Bundan əvvəl o, Almaniyada keçirilən "Pro Art Germany" Beynəlxalq incəsənət festivalının Qran-Pri mükafatına layiq görülüb.

"New Vision Art" müsabiqəsinin münsiflər heyətinin qərarı ilə Nərgizin müəllimi Sevda Ağayeva təşəkkürnamə ilə mükafatlandırılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.