MƏDƏNİYYƏT


 Vətənin qəhrəmanları unudulmur

Bakı, 15 sentyabr, AZƏRTAC

Biləsuvar Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Salyan rayon mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları Vətən müharibəsi şəhidi Sabir Salahovun ailəsi ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, Lənkəran Regional Mədəniyyət İdarəsi Lerik Dövlət Rəsm Qalereyası və Lerik rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı şəhəri şəhid Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Ayxan İsayevin əl işlərindən ibarət “Zəfər çələngi” adlı sərgisi nümayiş olunub.

Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” adlı “açıq kitabxana” təşkil edilib.

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS-nin əməkdaşları rayonun Köçəsgər kəndində Tovuz döyüşlərinin (2020, iyul) şəhidləri, general-mayor, Milli Qəhrəman Polad Həşimovun və gizir Yaşar Babayevin xatirəsinə inşa olunan bulaq-abidə kompleksini, Ağstafa Dövlət Rəsm Qalereyasının əməkdaşları və rəsm dərnəyinin üzvləri isə Dağ Kəsəmən kəndində “Xarıbülbül” abidəsini və “Şəhidlər” abidə kompleksini ziyarət ediblər.

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Fəxrəddin Qasımov adına Uşaq incəsənət məktəbinin müəllimləri Vətən müharibəsi şəhidi Oruc Nəcəflinin adına xatirə bulağının açılışında iştirak ediblər.

Sabirabad Regional Mədəniyyət İdarəsi Şirvan Dövlət Rəsm Qalereyasının direktoru Çinarə Vəliyeva, Şirvan şəhər Heydər Əliyev Mərkəzi, şəhər MKS-nin 6 saylı kitabxana filialı və Mədəniyyət Mərkəzinin Bayramlı qəsəbə klubunun əməkdaşları Vətən müharibəsi şəhidi Asif Qəribovun vaxtilə yaşadığı evin önündə yaradılan xatirə lövhəsinin və bulağın açılış mərasiminə qatılıblar.

Şəmkir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəmkir şəhər parkında Vətən müharibəsində Qələbənin ildönümünə həsr olunmuş “Xalqın Zəfəri” adlı incəsənət sərgisi təşkil edilib. Sərgidə regional idarənin əhatə etdiyi Şəmkir, Daşkəsən, Göygöl və Gədəbəy rayonlarından istedadlı gənclərin əl işləri, şəhid qəhrəmanlarımızın portretləri və müxtəlif mövzularda rəsm əsərləri nümayiş olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.