İQTİSADİYYAT


® 26 il sizə sadiq olan – “Rabitəbank”

“Rabitəbank” ASC yaranmasının 26-cı ilini uğurlu nəticələrlə və müştərilərinə yüksək xidmət göstəriciləri ilə qeyd edir.

Azərbaycan müstəqilliyini bərpa etdiyi zamandan etibarən, əhalinin maliyyə xidmətləri sahəsindəki ehtiyaclarını qarşılamaq, səmərəli təkliflər vermək və ölkə iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən maliyyə, sənaye, ticarət və kənd təsərrüfatı sahəsində inkişafa dəstək olmaq önəmli idi. “Rabitəbank” da məhz həmin banklardan biri olmağı bacardı.

Bu gün “Rabitəbank” ölkənin 10 ən böyük bankı siyahısında yer alan, dinamik inkişafına görə fərqlənən banklardandır. Bankın aktivlərinin həcmləri 611 milyon manat, məcmu kapitalın həcmi 107 milyon manat, kredit portfeli 353 milyon manat, aktiv kart sayı 64 min 863 ədəd təşkil edir. Bu yüksək nəticələrin əldə edilməsində sonsuz əməyi olan “Rabitəbank” komandasının əməkdaşlarının sayı 771 nəfərdir.

1993-cü ildə yaranan “Rabitəbank” ölkənin ilk müstəqillik dövrünü, düzgün strategiyası və güclü komandası ilə birgə uğurla keçməyə nail oldu. Bu gün “Rabitəbank” iqtisadiyyatımızın inkişafında xüsusi rolu olan, sahibkarlığa dəstək verən və əhalinin istehlak kreditləri sahəsində ehtiyaclarını qarşılayan qabaqcıl banklardan biridir.

“Rabitəbank”, həmçinin güclü Azərbaycan qadınının gücünü artırmaq adına, bank sektorunda ən əlverişli şərtlərlə qadın sahibkarlar üçün xüsusi məhsul təqdim edir, həmin xanımların sahibkarlığının inkişafı istiqamətində onların fəaliyyətini dəstəkləyir və ictimaiyyətə tanıdır. Ölkədə kiçik və orta biznesi dəstəkləmək adına bir çox dövlət qurumları, beynəlxalq qurumların dəstəyi ilə həyata keçirilən layihələrdə agent bank olaraq çıxış edir.

“Rabitəbank” artıq rəqəmsal dünyaya transformasiya edən bankların siyahısında öz təcrübəsi ilə xüsusi fərqlənir. Ölkədə ilk dəfə “RabitabankBot” üzərindən telegram və facebook messencer istifadəçiləri pul göndərə və ödənişləri həyata keçirə bilirlər. Bank müştərilərin bank əməliyyatlarını asanlaşdıran internet bankçılıq xidmətini müştərilərə təqdim edir və bir çox özəlliyi ilə fərqlənən mobil tətbiqini müştərilərin istifadəsinə təqdim etməyə hazırlaşır.

“Rabitəbank” 26-cı fəaliyyəti dövründə ölkənin müxtəlif bölgələrində 25 filial, şöbə açıb və 65 bankomatı yerləşdirib. Bankın xidmət şəbəkəsinə 2019-cu ildə 24 saat və həftənin 7 günü fəaliyyət göstərən 24/7 filialı da əlavə edilib.

“Rabitəbank” maliyyə xidmətləri ilə yanaşı, məsuliyyətli korporativ vətəndaş olaraq sosial rolunu da daima genişləndirir. Bank KİV dostları üçün silsiləli şəkildə peşəkar təlimlər, gənclər üçün master-klasslar, paytaxt və regionlarda gənclərin maliyyə, marketinq, IT və digər istiqamətlərdə bilik və bacarıqlarını təkmilləşdirmək üçün təcrübə proqramları təşkil edir, ölkənin qabaqcıl gənclər təşkilatları və təhsil müəssisələri ilə qarşılıqlı layihələr həyata keçirir.

Həmçinin 2018-ci ildən başlayaraq “Rabitəbank” tələbələr üçün xüsusi təqaüd ayırmağa başladı, tələbələr arasında maliyyə savadlılığı istiqamətində yarışlar təşkil etdi.

26 illik fəaliyyəti ərzində “Rabitəbank” daim öz dəyərlərinə sadiq müştəriyönümlülük prinsipini əsas strateji hədəf kimi bəlirləyib addımlayan bankdır. Müştəri istəklərinin və rahatlığının təmin olunması bankın uğurla inkişafının əsas səbəbidir. “Rabitəbank” bütün uğurlarının yazılmasında birbaşa rolu olan müştərilərinə xidmət etməkdən qürur duyur və təşəkkür edir.

İlk müstəqil banklardan biri olan “Rabitəbank” 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 “qaynar xətti”nə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.