REGİONLAR


® “4S” şirkətinin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycanın aqrar sahədə ixtisaslaşmış kənd təsərrüfatı texnikalarını təklif edən “4S” şirkətinin kollektivi Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 25 min manat köçürüb.

AZƏRTAC xəbər verir ki, bununla paralel olaraq sentyabrın 27-dən etibarən gündəlik olaraq döyüşlərin aktiv getdiyi bölgəyə İvanovka çörək zavodunda istehsal edilən yüksək kalorili çörək, eyni zamanda dərman, yağmurluq və isti geyimlər, gigiyena vasitələri, gec xarab olan qida məhsulları və sairə tələb olunan ləvazimatların gündəlik göndərilməsini təşkil edir, o cümlədən bütün texniki parkını silahlı qüvvələrin istifadəsinə verir.

“4S” şirkəti artıq Almaniyanın kənd təsərrüfatı sahəsində ixtisaslaşmış ekspertlərinin iştirakı ilə işğaldan azad edilmiş vətən torpaqlarının əkinə hazırlığı sahəsində layihələrin müzakirəsinə start verib. Böyük qürur hissi ilə, işğaldan azad edilmiş ərazilərdə müasir aqrar sektorun qurulması üçün “4S” şirkəti bütün texniki və resursları ilə aktiv rol oynayacaq.

Qarabağ Azərbaycandır!

Qələbə Bizimlədir!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.