İQTİSADİYYAT


® ABB-dən hər kəsə sərfəli kredit

Bakı, 6 iyul, AZƏRTAC

ABB nağd pul kreditini sərfəli şərtlərlə əldə etmək istəyən bütün müştərilər üçün yeni kampaniya elan edib. Əməkhaqqı kartının ABB-yə aid olub-olmamasından asılı olmayaraq hər bir müştəri ABB-nin sərfəli nağd pul krediti məhsulundan eyni şərtlərlə faydalana bilər. Kreditin şərtləri: məbləğ 30 min manatadək, müddət 60 ayadək, illik faiz dərəcəsi 14 faizdən başlayaraq. Kampaniya avqustun 1-dək keçərlidir. Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. Krediti Banka gəlmədən ABB mobile tətbiqindən, yaxud Bankın saytından onlayn şəkildə də sifariş verib əldə etmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.