İQTİSADİYYAT


® ABB-dən pulsuz kartlarla yeni kampaniya!

®   ABB-dən pulsuz kartlarla yeni kampaniya!

“ABB TamKart debet Classic”, “TamKart debet Standart” və “Azercell Co-brend” kartları üzrə daha sərfəli şərtlərlə yeni kampaniyaya start verib.

Kampaniya çərçivəsində qeyd olunan kartları “ABB Mobile” tətbiqi və ya Bankın rəsmi saytı vasitəsilə onlayn qaydada artıq pulsuz sifariş etmək mümkündür. Bu kartlarla “Kartdan-karta xidməti”ndən istifadə və nağdlaşdırma imkanları da genişləndirilib. Belə ki, müştəri aylıq 7 min manatlıq və ekvivalentində limit çərçivəsində heç bir komissiya haqqı ödəmədən ölkədaxili bütün banklara “Kartdan-karta” pul köçürə, yaxud nağdlaşdırma apara bilər. Nağdlaşdırmanı ölkədəki bütün bankların ATM-lərində komissiyasız aparmaq mümkündür. Dekabrın 30-dək davam edəcək kampaniyanın şərtləri əsasında “TamKart debet Classic”, “TamKart debet Standart” və “Azercell Co-brend” kartlarında qalığa hesablanan faiz dərəcəsi də 7 faizədək artırılıb. Bununla da kart hesabında vəsaiti olan müştəri indi 7 faiz illik əlavə qazanc əldə edir. Yeni şərtlərin daha bir mühüm üstünlüyü də var. Müştəri bu kartları “ABB Mobile” tətbiqi vasitəsilə sifariş etdikdə, kartı anında tətbiqdə görə bilər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, “https://abb-bank.az/” rəsmi internet səhifəsindən və ya “937” Məlumat mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.