İQTİSADİYYAT


® ABB-nin “Mastercard” kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!

®  ABB-nin “Mastercard” kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!

ABB “Mastercard” beynəlxalq ödəniş sistemi ilə birlikdə möhtəşəm hədiyyə kampaniyasına start verib. Dekabrın 7-dən yanvarın 10-dək Bankın “Mastercard” kartları ilə minimal 10 manat olmaqla ən çox “NFC Token” (Apple Pay, Google Pay, ABB mobile, Garmin Pay) təmassız ödənişləri etmiş müştərilər qiymətli hədiyyələr qazanacaqlar.

Kampaniyanın hədiyyələri bunlardır: İlk 3 yer: “iPhone 13”; 4–8-ci yerlər: “Apple Watch Series 7”; 9–15-ci yerlər: “Samsung Watch Active 2”; 16–30-cu yerlər: “Samsung Galaxy Buds Pro” ; 31–50-ci yerlər: “Xiaomi Mi Band”. Bu imkan ABB-nin bütün “Mastercard” sahiblərinə aiddir.

Kampaniyadan faydalanmaq üçün “https://gift.abb-bank.az/” saytında mobil nömrə və FİN-lə qeydiyyatdan keçmək lazımdır. Bir ticarət obyekti üzrə gün ərzində maksimal ilk 3 uğurlu əməliyyat nəzərə alınır. Eyni iştirakçı bir dəfə qalib ola bilər. Kampaniya ərzində ABB-nin “Mastercard” kartları ilə aparılan əməliyyatların sayı cəmlənəcək və qaliblərin seçimi zamanı müştərilərin əməliyyat sayı eyni olduqda ən çox dövriyyə etmiş müştərinin nəticəsinə üstünlük veriləcək.

Kampaniya şərtləri ləğv edilmiş əməliyyatlara və biznes kartları ilə aparılan ödənişlərə aid edilmir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, “https://abb-bank.az/” rəsmi internet səhifəsindən və ya “937” Məlumat mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.