İQTİSADİYYAT
® ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsinin qalibi seçiləcək
“EY Azərbaycan” şirkətinin ABB-nin maliyyə dəstəyi ilə keçirdiyi “EY İlin İş Adamı” müsabiqəsinin qalibi martın 10-da elan ediləcək. Müsabiqədə bu il Azərbaycandan 9 şirkət iştirak edir. Onlar “ATL Tech”, “ELAD”, “Fortune Trade”, “IDEA”, “JL Tech”, “Your Decor and Events”, “ZIRA Natural & Gourmet” şirkətləri, “Portmanat” və “YIĞIM Ödəniş Sistemi”dir. Qalib bu şirkətlər arasından seçiləcək və “Dünya üzrə İlin İş Adamı” müsabiqəsində Azərbaycanı təmsil etmək imkanı qazanacaq.
ABB üçüncü ildir ki, “EY İlin İş Adamı” müsabiqəsinə maliyyə dəstəyi verir. Bu, Bankın ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində gördüyü işlərin bir hissəsidir. “EY Azərbaycan” şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən keçirilir. Hazırda dünyanın ən nüfuzlu işgüzar mükafatlarından sayılır. “EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik iş adamlarının uğurlarını nümayiş etdirməkdir.
“EY İlin İş Adamı” müsabiqəsi Azərbaycandan başqa 60-dan çox ölkədə təşkil olunur. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Ekvita” şirkəti və AZPROMO da müsabiqənin tərəfdaşlarındandır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.