İQTİSADİYYAT
® ABB səhmdarlara dividend ödənişinə qərar verib
İyunun 30-da ABB-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Səsvermə qiyabi şəkildə təşkil olunub. Yığıncaqda ABB-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə olunmuş 2021-ci il üzrə maliyyə hesabatı təsdiq edilib.
2021-ci ilin maliyyə nəticələrinə əsasən, Bankın səhmdarlarına dividendin ödənilməsi məsələsinə də baxılıb. Ötən ilin mənfəətindən səhmdarlara 125 milyon manat dividendin ödənilməsinə qərar verilib. İclasda ABB-nin geri çağırılmış səhmlərinin Bankın balansında ləğvi məsələsinə də baxılıb və bununla bağlı müvafiq qərar qəbul edilib.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]