İQTİSADİYYAT


® ƏDV-ni “Kabinetim”də topla

“Azercell”in “Kabinetim” tətbiqində “ƏDV Geri Al” xidmətindən istifadə mümkün oldu

Abunəçilərinin rahatlığı üçün daha geniş imkanlar yaradan “Azercell” “Kabinetim” mobil tətbiqi vasitəsilə Azərbaycan telekom bazarında növbəti ilkə imza atıb. Belə ki, “Kabinetim” tətbiqinin istifadəçiləri artıq bu platformada “ƏDV Geri Al” xidmətindən də istifadə edə bilərlər.

“ƏDV Geri Al” xidməti “Kabinetim” tətbiqinin kənar menyusunda yer alır. Xidmətdən istifadə üçün hansısa xüsusi səhifəyə daxil olmağa ehtiyac yoxdur. İstifadəçilər sadəcə “Əlavələr” menyusundan QR düyməsinə sürətli çıxış əldə edərək alış-veriş qəbzlərini skan edib ƏDV-ni geri ala bilərlər.

“Kabinetim”in təqdim etdiyi bu yeniliyin əsas özəlliyi ondan ibarətdir ki, “Kabinetim” istifadəçiləri yeni xidmət sayəsində ƏDV balansını dərhal “Azercell” nömrəsinin balansına köçürməklə, bu mobil tətbiqin təklif etdiyi bütün ödənişli xidmətlərindən yararlana bilərlər.

“Azercell” şirkəti “ƏDV Geri Al” xidmətini Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə birgə layihə çərçivəsində reallaşdırır. Tətbiq daxilində bu xidmətlə bağlı məlumatlandırma ani ekran (push) bildirişləri şəklində həyata keçirilir. “Kabinetim” istifadəçiləri həm də mobil tətbiqin onlayn çat bölməsində “ƏDV Geri Al” xidməti ilə bağlı bütün suallara cavab əldə edə biləcəklər.

“ƏDV Geri Al” xidməti Azərbaycanda pərakəndə ticarət və ya iaşə müəssisələrindən əldə edilmiş mallara görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizinin, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizinin geri qaytarılması layihəsidir.

Xatırladaq ki, bağlantını asanlaşdırmaqla abunəçilərinin həyatını daha da dolğun etməyi hədəfləyən “Azercell” “Kabinetim” xidməti üzərindən abunəçilərinə 24 saat ərzində nömrəyə onlayn nəzarət etmək imkanını yaradır. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi vasitəsilə balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək, bir çox xidmətləri aktiv və deaktiv etmək, onlayn çatda müştəri xidmətləri ilə dərhal əlaqə saxlamaq mümkündür. “Kabinetim” üzərindən “Bookmate” onlayn kitabxanasına, xarici dillər öyrənmək üçün “Busuu” proqramına, 200-dən çox kanala abunəlik verən NNTV, dünya üzrə 50 milyondan çox musiqi və minlərlə “podkast” bazası olan “SberZvuk” və digər tətbiqlərə qoşulmaq olar.

Həm “iOS”, həm də “Android” əməliyyat sistemlərində çalışan çoxfunksional “Kabinetim” tətbiqini “App Store”, “PlayStore” və ya “Huawei AppGallery”dən ödənişsiz olaraq yükləmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.