İQTİSADİYYAT


® ƏDV-ni geri alan “BirBank” istifadəçiləri “Visa”dan əlavə pul qazana bilərlər

Xəbər verdiyimiz kimi, “Kapital Bank”ın maliyyə partnyorluğu ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “edvgerial.kapitalbank.az” portalını istehlakçıların ixtiyarına verib. Alış-veriş zamanı təqdim edilən çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə isə 10 faizi alıcının elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilir. 

Layihə çərçivəsində “BirBank” mobil tətbiqi istifadəçiləri üçün daha asan funksiya təqdim edilib. Belə ki, “BirBank” mobil tətbiqinin “Bonuslar” hissəsində “ƏDV geri al” bölməsi yaradılıb. Artıq müştərilər portalda olan şəxsi kabinetlərini “BirBank” vasitəsilə idarə edə bilirlər. Həmçinin virtual “pul qabı”na yerləşdirilən vəsaitləri ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür.

Növbəti yeniliyə əsasən, ƏDV-nin geri alınması zamanı “BirBank” istifadəçiləri daha çox qazanmaq imkanı əldə ediblər. Belə ki, “BirBank”da “Visa” digital kart yaradaraq yığılan vəsaiti həmin karta köçürənlər əlavə pul qazanırlar. “Visa” şirkəti ilə birgə keçirilən kampaniyaya əsasən, digital karta 10-20 AZN aralığında vəsait köçürənlər əlavə 2 AZN, 20 AZN-dən daha çox vəsait köçürənlər isə əlavə 5 AZN hədiyyə qazanırlar.

Qeyd edək ki, “BirBank”da yaradılan digital cardlarda eyniləşdirilmiş kartlar üzrə illik 15 min AZN, eyniləşdirilməmiş kartlar üzrə isə aylıq 100 AZN/illik 1000 AZN dövriyyə limiti nəzərə alınmalıdır. Kampaniyada ilk 30 min müştəri qalib ola biləcək. Ətraflı məlumat üçün – https://kbl.az/edvdc.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan “BirBank” tətbiqinin 2 milyondan çox istifadəçisi var. “iOS” və “Android” əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri var: rahat qeydiyyat, yerində digital kartın aktivləşdirilməsi, NFC ödənişlər, bonusların toplanılması və sair. Ətraflı məlumat üçün “www.birbank.az” və ya 196 Məlumat mərkəzi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.