İQTİSADİYYAT


® “AZEA İnşaat” şirkəti öz müştərilərinə geniş xidmət spektoru təklif edir

“AZEA İnşaat” tikinti sektorunda özünü doğruldub, artıq 10 ildən çoxdur ki, yüksək səviyyədə xidmət göstərən inşaat şirkətidir.

Şirkət öz müştərilərinə geniş xidmət spektoru təklif edir. Şirkətin əsas fəaliyyət sahəsi fərdi evlərin, inzibati binaların, villaların, ticarət və istehsalat təyinatlı obyektlərin tikintisindən və təmirindən ibarətdir. Bundan əlavə, “AZEA İnşaat” interyer dizaynı, eksteryer, landşaft dizaynı və hovuz inşaatı kimi xidmətlərini yüksək peşəkarlıqla, hər bir müştəriyə fərdi yanaşma prinsipi ilə seçilir.

Tikinti prosesində bütün mövcud keyfiyyət standartlarına tam sürətdə riayət olunmaqla, materialların keyfiyyət sertifikatlarından tutmuş, tikinti işlərinin keyfiyyət ekspertizasına qədər bütün mərhələlər peşəkarlıqla və güvənlə aparılır.

“AZEA İnşaat” tikinti işlərində ən yüksəkkeyfiyyətli inşaat materiallarından istifadə edir. Bütün tikinti işlərinə növündən asılı olaraq şirkət tərəfindən minimum 5 il tam zəmanət verilir. Şirkət istənilən növ tikili obyektlərini bir modeldən digər modelə, bir ölçüdən digər ölçüyə çevirə bilər. Həmçinin tikili obyektlərin mərtəbə sayını azaltmaq və ya artırmaq mümkündür. Tikili obyektlərə mansard mərtəbələrinin, verandaların və balkonların artırılması işini də həyata keçirə bilər.

“AZEA Construction” MMC-nin bütün layihələri müştəri məmnunluğunu əldə etmək üçün peşəkar menecerlərin idarəçiliyi altında həyata keçirilir. İdarəetmə üsul və metodlar layihənin bütün mərhələlərində tətbiq olunur. Hər bir layihəni idarə etmək üçün layihə menecerlərinə birbaşa tabe olunan layihə koordinatorları təyin olunur. Şirkətdaxili layihəyə lazım olan köməklik və dəstəyi isə layihə koordinatoru təmin edir. Şirkətin bir çox menecer və koordinatoru beynəlxalq dərəcəli treninqlərdə təlim keçmiş mütəxəssislərdir.

Siz də təmirinizin keyfiyyətli və ən yüksək standartlara uyğun olmasını istəyirsinizsə, “AZEA İnşaat” şirkətinə müraciət edə bilərsiniz.

Bakı şəhəri, Nobel prospekti 15.

(+994 12) 409-32-46

(+994 55) 502-32-46

(+994 55) 210-39-04

Hər kəsə arzuladığı evdə yaşaması diləyi ilə...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.