İQTİSADİYYAT


® “Adore Kompani” Dubayda ilin ən uğurlu biznes mükafatına layiq görülüb

Azərbaycan şirkəti olan “Adore Kompani” son 2 ildə etdiyi müsbət dəyişikliklərlə Dubay Biznes İnstitutu Təşkilatının diqqətindən kənarda qalmamış və bu uğurlu nailiyyətlərinə görə təşkilatın beynəlxalq səviyyədə tanınmış “International Business” jurnalı tərəfindən ilin ən uğurlu biznes mükafatına layiq görülüb.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mükafatlandırma mərasimində “Adore Kompani” şirkətinin direktoru Nərmin İsmayılova beynəlxalq prestijə sahib bu institutun mükafatını şirkət adından qəbul edib.

Tədbirdə çıxış edən Nərmin İsmayılova institut tərəfindən mükafatlandırılmaya görə təşəkkürünü ifadə edib. N.İsmayılova şirkətin Azərbaycanda 400-dən artıq brendin məhsulunu təqdim etdiyini bildirib, eyni zamanda “Adore Kompani”nin dünyanın bir sıra ölkəsində şəbəkələrinin tezliklə fəaliyyətə başlamasının hədəflərindən biri olduğunu diqqətə çatdırıb.

Qeyd olunmalıdır ki, müxtəlif beynəlxalq şirkətlərin təmsil olunduğu mükafatlandırma mərasimində Azərbaycandan yalnız “Adore Kompani” iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.