CƏMİYYƏT


® Aqil Məmiyev: "Biz şirkət olaraq ölkəmizin səhiyyə sahəsinə və sağlıq turizminə böyük töhfə veririk"

Sağlamlıq turizmi dünyada son illərdə sürətlə inkişaf edən bir sektor olaraq turizmin çox önəmli istiqamətinə çevrilib. Dünya miqyasında sağlamlıq turizminə olan tələbatın böyük olması investorların bu sektora diqqətini artırır. Marketinq fəaliyyətinin təşkili sağlamlıq turizmində əsas faktorlardan hesab edilir. Brendləşmə və marketinq fəaliyyətlərində yüksək nəticələr əldə etmək üçün uğurlu təqdimata ehtiyac var.

Bu sahənin Azərbaycanda tanıtımını uğurla həyata keçirən şirkətlər arasında Millionaire Concept Network və Reputation şirkətlər qrupudur. Sözügedən qurumların təsisçisi Aqil Məmiyevin sözlərinə əsasən, rəhbərlik etdiyi şirkətlər bu istiqamətdə böyük layihələr reallaşdırırlar:

"Ölkəmizdə Millionaire Concept Network və Reputation tərəfindən təşkil edilən "Global Health Summit” tibb sektorunun yerli və xarici nümayəndələrini bir araya gətirərək sözügedən sahənin inkişafına böyük töhfə verir".

Reputation şirkətinə aid "Health News” media qurumunun rəsmi tərəfdaşlığı ilə keçirilən layihənin əsas məqsədi fəaliyyətlərində yüksək nəticələr qazanan həkimləri, tibb şirkətlərini ictimaiyyətə daha yaxından tanıtmaq, onlara motivasiya verməkdir.

Qeyd edək ki, növbəti "Global Health Summit" layihəsi oktyabrın 29-30-da Four Seasons Baku otelində baş tutacaq. Layihə çərçivəsində "Global Health Awards" və yerli və xarici tibb və sağlıq markalarının sərgilənəcəyi "Health Exibition" təşkil olunacaq. Beynəlxalq tədbirdə qardaş ölkə Türkiyədən Ender Saraç, Doctor B, Meri İstiroti, Birləşmiş Ərəb Əmirliklərindən Vera Matta, Mohammed Naji, Özbəkistandan Luiza Şarahmetovanın spiker olacağı tədbirdə ötən il olduğu kimi bu mövsümdə, də Aqil Məmiyev "Tibdə onlayn reputasiyanın rolu" mövzusunda spiker qismində çıxış edəcək.

Sözügedən layihədə Türkiyə, Rusiya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya və dünyanın bir çox ölkəsindən, həkimlər və tibb markaları iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.