CƏMİYYƏT


® “Araz” supermarketi Polşa brendi olan “Pepco” məhsullarını Azərbaycana gətirdi

“Pepco” markalı ev əşyaları və geyimləri “Araz” Space superstore-dan əldə etmək mümkündür

Veysəloğlu Şirkətlər Qrupuna aid olan “Araz” supermarketlər şəbəkəsi müştərilərin məmnuniyyəti üçün yeniliklər etməkdədir. Növbəti addım Avropanın bir sıra ölkələrində satılan Polşa brendi “Pepco” məhsullarının Azərbaycana gətirilməsi oldu.

Artıq “Pepco” bütün çeşidləri ilə Hüseyn Cavid prospekti 17 A ünvanında yerləşən “Araz” Space superstore-da təqdim olunur. Bu, “Araz” supermarketin say etibarilə “Pepco” məhsullarının satışı baş tutan 17-ci filialı, ev əşyaları ilə yanaşı, geyim çeşidlərinin də təklif olunduğu ilk filialıdır. Açılış münasibətilə 3-4-5 oktyabr tarixlərində “Araz” bonus kartla alış-verişdə hər “Pepco” məhsuluna görə 1 bonus təklif olunur: https://youtube.com/shorts/HN9zjr1MU8s?feature=share

“Araz” supermarketlər şəbəkəsi 2011-ci ildən fəaliyyət göstərir. “Siz harada, “Araz” orada” şüarına sadiq olan supermarketlər şəbəkəsi hazırda ölkəmizin bir çox ərazilərində 300-dən artıq marketlə xidmət göstərir. “Araz” 7000-dən artıq əməkdaşı və Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşən müasir Logistik Mərkəzi ilə hər gün 350 mindən artıq müştərisinə öz xidmətlərini təqdim edir.

Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19.000 nəfərdən çox əməkdaşı var. Dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq 2022-ci ildə təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.