CƏMİYYƏT
® Artıq uzun yol qət etməyə, marşrut istiqamətini dəyişməyə, vaxt itkisinə məruz qalmağa, klinikada növbə gözləməyə SON!
KOROĞLU QANALMA MƏNTƏQƏSİ bir addımlığınızdadır
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində yerləşən qanalma məntəqəsi vaxt itkisini sıfıra endirir - keyfiyyətli laborator nəticəyə zəmanət verir
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın təmin olunması istiqamətində nəhəng layihələr icra edilir. Bütün bunlar vətəndaşların ictimai-mədəni, tibbi, iqtisadi rifahının yaxşılaşdırılmasına, insanların rahatlığının, təhlükəsizliyinin təmin olunmasına yönəlib. 2016-cı ildə ölkəmizin geniş dəmir yolu şəbəkəsi, yenilənmiş infrastruktur, mühəndis-kommunikasiya xətləri və ən müasir texnologiyalarla zənginliyi Səyyar Tibbi Xidmətdən istifadəyə əsaslı imkan verdiyi kimi, sonrakı dönəmdə də nəqliyyatın əlçatan olduğu hər məkanda keyfiyyətli və sürətli tibbi xidmətin yaradılması ölkə rəhbərliyinin göstərişi ilə prioritet məsələyə çevrildi.
Məhz 2019-cu ildə Bakı Nəqliyyat Agentliyinin pilot layihəsi olan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ilə orada həm də Referans Klinik Laboratoriya Mərkəzi və Poliklinikanın maddi-texniki bazası əsasında “Koroğlu” qanalma məntəqəsi açıldı. Məntəqə Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun “Koroğlu” stansiyasının yaxınlığındakı Nəqliyyat Mübadilə Mərkəzinin içərisində yerləşir. Bu ərazilərə yaxın yaşayan vətəndaşlar, eləcə də Bakıətrafı kəndlərdən şəhərə gəlib-gedərkən buradakı avtodayanacaqdan aktiv istifadə edən əhali vaxt itkisinə yol vermədən, marşrutdan enib qanalma məntəqəsində analizlərini verə bilər və eyni məntəqədən bir neçə saat sonra analiz nəticələrini götürə bilər. Bütün laborator müayinələr Referans Klinik Laboratoriya Mərkəzində yoxlanılır, cavablara tam zəmanət verilir.
Qeyd edək ki, Referans laboratoriya dünya standartlarına uyğun müasir avadanlıqlarla, aparıcı Avropa şirkətlərinin istehsalı olan tam avtomatlaşdırılmış cihazlarla təmin olunub. Burada 9 əsas üzrə 4000-nə yaxın laborator müayinələr aparılır. Laborator analizlər ən son texnologiyalar və metodikalardan istifadə edilərək, beynəlxalq protokollara əsaslanaraq aparılır və bütün nəticələrin dürüstlüyü kontrol müayinələr vasitəsilə nəzarətdən keçirilir.
Pasiyent hüquqlarına hörmət, pasiyentlərin davamlı məlumatlandırılması, laborator analizlərin sürətli, doğru, izlənilə və təkrarlana bilən üsullarla həyata keçirilməsi, peşəkar həkim qəbulları və müayinələrinin təşkili mərkəzimizin ən böyük üstünlüklərindəndir.