İQTİSADİYYAT


® “AtaBank” Avroliqanın finalı ilə bağlı gücləndirilmiş rejimə keçəcək

UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsi ilə əlaqədar "AtaBank" ASC 6 gün ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Beləliklə, bankın aşağıdakı filialları mayın 27-dən iyunun 1-dək saat 09:00-dan 20:00–dək xidmət göstərəcək:

• "Bakı" filialı: Neftçilər prospekti 67; Tel: (012) 437 23 71, 437 23 72

• "Yeni Həyat" filialı: Z.Əliyeva küçəsi 55; Tel: (012) 598 22 94; 598 22 95

• "Sahil" şöbəsi: Puşkin küçəsi 9; Tel: (012) 598 11 36

Filialların xüsusi iş rejiminə keçidi mötəbər idman yarışını əhatə edən dövr zamanı həm yerli müştərilər, həm də xarici turistlər üçün bank xidmətlərini daha rahat və əlçatan etmək məqsədi daşıyır.

25 ildən çox fəaliyyət göstərən "AtaBank" ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.