İQTİSADİYYAT


® “AtaBank” BMX veloidmanı üzrə dünya çempionatında qonaqlara müxtəlif növ bank xidməti göstərib

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 5-9-da Bakıda Şıxov veloparkında keçirilən BMX velosiped idman növü üzrə dünya çempionatında "AtaBank" ASC "AtaMatik" səyyar bankomatı ilə iştirakçılara, azarkeş və qonaqlara müxtəlif növ bank xidməti göstərib.

Bankdan AZƏRTAC-a bildirilib ki, beş gün müddətində davam edən çempionatda "AtaMatik" səyyar bankomatı vasitəsilə hər kəs nağd pul çıxara, habelə nağdsız ödənişlər və əməliyyatlar apara bilib.

"AtaBank" ASC-nin idarə heyəti sədrinin birinci müavini Etibar Babaşlının sözlərinə görə, "AtaBank" hər zaman ölkəmizdə idmanın və turizmin inkişafı məqsədilə keçirilən yarışlarda Azərbaycan vətəndaşları ilə yanaşı, həm də xarici qonaqlara innovativ bank xidmətlərindən istifadə etmək imkanı yaradır. Qonaqlar banka gəlmədən yarışın keçirildiyi məkanda "AtaMatik" səyyar bankomatından istifadə edərək bir sıra bank əməliyyatlarını həyata keçirə bilərlər.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.