İQTİSADİYYAT
® “AtaBank” “Visa Signature” kartını “Giveaway” müsabiqəsində hədiyyə etdi
Müasir dövrün nəbzini tutmaq və müştərilərini daim yeniliklərlə sevindirmək üçün "AtaBank" ASC növbəti kampaniyasını reallaşdırdı.
Belə ki, bankın “Facebook” səhifəsində aprelin 25-də başlamış müsabiqə şərtləri və hədiyyələri ilə böyük marağa səbəb olub.
“Giveaway” oyununun şərtlərinə əsasən iştirakçılar "AtaBank"ın Fəvvarələr meydanında quraşdırılmış "Visa Signature" kartının stendi önündə şəkil çəkərək xüsusi həştəqlə paylaşmalı və müsabiqə xəbərinin altında dostlarını qeyd etməlidilər.
Müsabiqənin qalibləri mayın 13-də “Facebook”da keçirilmiş canlı yayımda təsadüfi seçim nəticəsində müəyyənləşdirilərək elan edildilər.
Üç nəfər qalib kampaniyadan "AtaBank"ın özəl “Visa Signature” kartını və 100 manat pulu hədiyyə olaraq qazandı. Müsabiqə qalibləri ilə buradan https://www.facebook.com/atabank/videos/341882153187488/ tanış olmaq mümkündür.
Ətrafınızda kimsədə olmayan "Visa Signature" kartını siz də əldə edin və premium kartlarının komfortundan həzz alın.
“Visa” kartlarından dünyanın 200-dək ölkəsində istifadə etmək mümkündür. Bu kartlardan istifadə edərək müştərilər həm ölkə daxilində, həm də xaricdə POS-terminal vasitəsilə və ya online alış-veriş edə, "AtaBank"ın "AtaNet" İnternet və ya Mobil Bankçılıq əlavəsinə daxil olaraq müxtəlif bank əməliyyatlarını həyata keçirə bilərlər.
“WhatsApp”/“Telegram” istifadəçiləri 050 9999136 nömrəmizə yazaraq və ya bankın internet səhifəsini https://atabank.com/az/ ziyarət edərək “Visa” plastik kartları və kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.