İQTİSADİYYAT


® “AtaBank” kompensasiya ödənişlərinin verilməsinə başlayıb

"AtaBank" ASC Prezident İlham Əliyevin imzaladığı "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın icrası ilə əlaqədar aprelin 23-dən müştərilərinə kompensasiyaların ödənişinə başlayıb.

Bankın paytaxt və region filialları müştərilərə operativ şəkildə xidmət göstərməsi üçün gücləndirilmiş iş rejiminə keçiblər. Bundan əlavə kompensasiya üçün müraciət edəcək müştərilərin rahatlığının təmin olunması məqsədilə onlara SMS bildiriş vasitəsilə filiala dəvət göndərilir. Əlaqə nömrələrini dəyişmiş müştərilərdən bankın “qaynar xətti”nə zəng edərək yeni telefon nömrələrini təqdim etmələri xahiş olunur.

Qeyd edək ki, məbləği 500 manatadək olan ödənişlər nağd, göstərilən məbləğdən artıq olan kompensasiyalar isə ödəniş kartları vasitəsilə həyata keçiriləcək.

Problemli kreditlərin kompensasiyası üzrə əlavə suallarınızı “WhatsApp”/”Telegram” nömrəsinə 050 9999 136 ünvanlaya və ya 136 “qaynar xətti”nə zəng edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.