İQTİSADİYYAT


® “AtaNet” gündəlik ödəmələri daha yaxın etdi

“AtaBank” ASC “AtaNet” mobil və internet bankçılıq xidməti istifadəçiləri üçün növbəti yeniliyi təqdim edir. 

Beləliklə, bank əməliyyatları, kredit ödənişləri və bank hesablarına nəzarətlə yanaşı, digər gündəlik ödəmələri də “AtaNet” tətbiqindən çıxmadan tez və rahat həyata keçirmək mümkündür. Artıq “AtaNet”də kommunal xidmətləri, Naxçıvan Muxtar Respublikası üzrə ödənişləri, telefon, internet, kabel televiziyasını ödəmək imkanı mövcuddur.

Mütəmadi olaraq yenilənən müasir bankçılıq proqramı olan “AtaNet”i “App Store” və “Play Store”dan asanlıqla yükləyə bilərsiniz. Müştəri nömrəsi və ya “ASAN İmza” ilə təhlükəsiz giriş və əməliyyat imkanı verən mobil əlavə, həmçinin barmaq və üztanıma funksiyalarını da dəstəkləyir.

Qeyd edək ki, “AtaNet” xidmətindən üç dildə (Azərbaycan, rus, ingilis) yararlanmaq mümkündür.

Bankın xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 “qaynar xətti”nə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/

25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.