REGİONLAR


® “Az-Granata” MMC-nin “Kəhrəba” və “Rübai” markalı şərabları mükafata layiq görülüb

Ağsu, 5 oktyabr, AZƏRTAC

Şanxayda təşkil edilən “Shanghai International Wine Challenge” sərgisində keçirilən şərab dequstasiyası müsabiqəsində “Az-Granata” MMC-nin istehsalı olan “Rübai” və “Kəhrəba” markalı şərabların keyfiyyəti yüksək qiymətləndirilib.

MMC-dən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, “Kəhrəba” markalı turş şərab müsabiqənin gümüş, “Rübai” markalı qırmızı turş şərab isə bürünc medalına layiq görülüb.

Qeyd edək ki, müsabiqəyə Fransa, İtaliya kimi şərabçılıq sahəsində inkişaf edən ölkələrin şərab məhsulları da çıxarılıb.

“Az-Granata” MMC-nin məhsullarının müsabiqədə mükafata layiq görülməsi ölkəmizdə qeyri-neft sektorunun inkişafına, ixrac potensialının artırılmasına, ixracın stimullaşdırılmasına, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullarımızın dünya bazarına çıxarılmasına yönəlmiş işlərin uğurlu nəticəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.