İQTİSADİYYAT


® Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təşəbbüsü ilə "Nardan doğan rənglər" adlı fotosərgi keçirilib

2018-ci il sentyabr ayının 15-dən oktyabrın ayının 15-nə kimi Azərbaycan Nar İstehsalçıları və İxracatçıları (ANİİA) təşəbbüsü ilə "Nardan doğan rənglər" adlı fotomüsabiqə keçirilib.

Müsabiqədə iştirak etmək üçün bir ay ərzində hər kəs öz "Nar dünya"sını əks etdirən fotoşəkili assosiasiyanın elektron ünvanına göndərməli idi. Müsabiqəyə qatılan 460-dan çox iştirakçı gördüklərini fərqli çalarlar və kompozisiyalar vasitəsilə əks etdirməyə çalışıb. Beləliklə də, oktyabrın 16-da ANİİA-nın ofisində müsabiqənin ikinci mərhələsinə start verilib. Peşəkar münsiflər heyəti göndərilən fotolar arasından ən yaxşı onluğu müəyyən etmək üçün 15 sentyabr - 15 oktyabr tarixləri arasında müsabiqənin rəsmi elektron ünvanına göndərilən fotoları nəzərdən keçirib.

Qeyd edək ki, münsiflər heyətində ANİİA-nın sədri Fərhad Qaraşov, XXI Əsr BTİM-in icraçı direktoru Müzəffər İsmayılov, Azərbaycan Fotoqraflar Birliyinin (AFB) sədri Mirnaib Həsənoğlu, Art Factor agentliyinin direktoru Asiyat Fətullayeva, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidentinin vəzifəsini icra edən Yusif Abdullayev, rəssam Vüqar Əli və fotoqraf Həsən Əliyev yer alıblar. Onlar müsabiqəyə göndərilən fotoları iki seçim turu əsasında qiymətləndiriblər.

Müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi 29 oktyabr tarixində "Qalereya 1969"da baş tutan rəngarəng sərgidə keçirilib. Bu sərgidə fotoşəkillər nümayiş etdirilib, layihəyə baş sponsor kimi dəstək verən XXI-ci əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin icraçı direktoru Müzəffər İsmayılov, təşkilati dəstək verən AZPROMO-nun prezidentinin vəzifəsini icra edən Yusif Abdullayev, tədbirin texniki dəstəkçisi Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlun öz çıxışlarında qalibləri təbrik ediblər. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov müsabiqəyə göstərilən marağa görə hər kəsə təşəkkürünü çatdırıb və nəticələrdən məmnun olduğunu bildirib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), digər dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər, dəyərli sənətkarlar, fotoqraflar və digər qonaqlar da iştirak ediblər.

Assosiasiyanın bu tədbiri də rəngarəngliyi və şəffaflığı ilə hər kəsin böyük marağına səbəb olub. Növbəti aylarda da müxtəlif layihələrlə qarşınıza çıxacaq ANİİA ictimaiyyəti yenilikləri ilə daima sevindirməyi əsas hədəflərindən biri olaraq müəyyən edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.