İQTİSADİYYAT


® Azərbaycan bankçılığında yenilik!

Müasir innovativ texnologiyaların inkişafına böyük önəm verən "Kapital Bank" Azərbaycanda daha bir ilkə imza atdı. Belə ki, artıq alış-verişə gedərkən cibinizdə pul və ya ödəniş kartının olması önəmli deyil. Artıq mağazaya gedərkən ödənişləri smartfon vasitəsilə etmək mümkündür.

"QR Pay" adlanan yeni ödəniş növündən istifadə etmək üçün "BirBank" tətbiqini telefona yükləmək kifayətdir. Bunun üçün alış-veriş etdikdən sonra kassalarda olan xüsusi posterdəki QR şifrəni smartfonun kamerası ilə skan etmək lazımdır. Ödəniş etmək üçün "BirBank"da olan istənilən kartın hesabından istifadə etmək olar – hətta "Kapital Bank"a aid olmayan kartdan da.

Odur ki, "BirBank" tətbiqi olan müştərilər müxtəlif mağazaların kassalarında "QR Pay" posterini gördükdə ödənişi daha rahat və təhlükəsiz qaydada həyata keçirə bilərlər. Ödənişlərin bu formada olması, həmçinin ölkədə nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində yeni mərhələyə keçid hesab olunur.

Qeyd edək ki, hazırda 200 000-dən artıq "BirBank" istifadəçisi var. Tətbiqi iOS istifadəçiləri "App Store"dan, Android istifadəçiləri isə "Play Market"dən yükləyib, 1 dəqiqə vaxt sərf etməklə istənilən bankın kartı ilə qeydiyyatdan keçə bilərlər. Ətraflı məlumat üçün — www.kapitalbank.az/news/birbank-456.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.