® Azərbaycanda banklar arasında ilk dəfə!
AzerTAg.az

“Rabitəbank” daha bir ilkə imza atdı!
Özünün 25-ci ilində bir-birindən maraqlı məhsul və xidmətlərini ictimaiyyətə təqdim edən və ardıcıl yeniliklərlə müştərilərini təəccübləndirməyi artıq bacarmış "Rabitəbank" daha bir ilkə imza atdı!
Azərbaycanda banklar arasında ilk dəfə olaraq "Rabitəbank" özünün "133 Müştəri Xidmətləri"nə aid xüsusi vebsaytı istifadəyə verib.
"Müasir zamanın tələbləri əslində çox sadədir: operativlik və texnologiyalarla ayaqlaşmaq. Artıq müştərilər istənilən yerdən, istənilən zaman brendlə əlaqə yaratmaq və operativ cavab almaq, məsələlərinin həll olunmasını istəyirlər. Heç kimin sənə sərf edəcək əlavə vaxtı yoxdur və müştəri günün istənilən saatında xidmət almaq istəyə bilər, deməli, biznes olaraq buna hazır olmaq lazımdır. 133.az saytı da məhz bu məqsədlə hazırlanıb, artıq "Rabitəbank" müştəriləri istənilən vaxt və istənilən yerdən müraciət etməklə öz suallarına cavab tapa biləcəklər", - deyə "Rabitəbank"ın marketinq departamentinin direktoru Elmir Əliyev bildirib.
Müştərilər sayta daxil olmaqla günün 24 saatında "Rabitabot"un aktiv olduğu “telegram” və “messenger”dən, banka aid “Whatsapp” kanalından müraciət edərək onlayn kredit müraciətindən tutmuş plastik kart sifarişinə qədər bütün xidmətlərdən istifadə edə bilərlər – bütün bunlara isə yalnız saniyələr sərf olunacaq.
Bundan əlavə, 133.az saytında müştərilər aktiv kredit və kart məhsulları ilə tanış ola, xüsusi hazırlanmış kalkulyatorlardan istifadə etməklə kredit məbləğinə və kredit müddətinə əsasən aylıq kredit ödənişini özləri hesablaya bilərlər. Tez-tez soruşulan suallar bölməsində onları maraqlandıran demək olar ki, bütün suallara cavab tapmaq mümkündür.
"Rabitəbank" 133.az saytını və ümumilikdə 133 Qaynar Xəttinin işini daha da təkmilləşdirməyi, müştərilərə daha əlçatan, daha rahat xidmətlər verməyi davam etdirəcək.
Saytla daha yaxından tanış olmaq üçün keçid edin və özünüz test edin: http://133.az/
Xəbərin mətnində orfoqrafik səhv var