İDMAN


® Azərbaycanda ilk: çempiona qalib gəl və liqamızla müqavilə imzala!

Bakı, 2 dekabr, AZƏRTAC

“Gaming League Azerbaijan” (GLA) kiber idman yarışlarında özünü sınamaq istəyənlər üçün mühüm şans təqdim edir.

AZƏRTAC xəbər verir ki, liqanın ən yaxşı oyunçularından biri olan Cavidi üç oyun seriyasında məğlub edə bilən şəxs GLA ilə birbaşa müqavilə imzalamaq şansı əldə edəcək. Cavidi məğlub edə bilən şəxs kiber idman sahəsində rəsmi müqavilə imzalayacaq və mötəbər layihələrin iştirakçısına çevriləcək.

Dekabrın 2-də keçiriləcək oyunlar saat 17:00-da başlayacaq.

Qeydiyyatdan keçmək istəyən hər kəs “forms.gle/ien1k1dyhXYx4Gnu8” linkinə daxil olmalıdır.

Qeyd edək ki, 2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiber idman sahəsinin populyarlığı bu gün də artmaqdadır. Kiber idman 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarının proqramına sınaq kimi daxil edilib.

Azərbaycanda isə 2019-cu ildə yaranmış və kiber idman turnirləri həyata keçirən “Gaming League Azerbaijan” (GLA) bu günədək 20-dən çox kiber idman çempionatı təşkil edib. Kiber idman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf edilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.