CƏMİYYƏT
® Azərbaycanda təsis olunan Health News platforması Türkiyədə fəaliyyətə başlayır
Sağlamlıq və səhiyyə sektoru insan həyatına yönəlmiş həssas bir sferadır. “Millionaire Concept” və “Reputation” platformalarının fəaliyyəti insan faktoru üzərində qurulduğu üçün səhiyyə industriyası onun üçün çox önəmlidir.
“Reputation” şirkətlər qrupu bu sahədə növbəti uğura doğru irəliləyir. Belə ki, platformanın təsis etdiyi tibb və sağlamlıq xəbərləri dərc edən Health News nəşri və ona aid Health Summit, Global Health layihələri Türkiyəli gənc iş xanımı Merve Sarıkaya Can tərəfindən təsis olunan və Türkiyədə səhiyyə sənayesinin bütün aspektləri üzrə ixtisaslaşan “Genext Health and Consultancy” şirkəti ilə rəsmi təmsilçilik anlaşmasına imza atıb.
Amerika Birləşmiş Ştatlarının Harvard Universitetinin məzunu olan Merve Sarıkaya Can sağlamlıq sektorunda marka idarəçiliyini həyata keçirir. O, Türkiyədə bir çox tanınmış və etibarlı səhiyyə şirkətləri və həkimləri ilə yerli və qlobal işləyir.
2022-ci il sentyabrın 22-də “Millionaire Concept” və “Reputation” şirkətlərin təsisçiləri Aqil Məmiyev və Sadiq Cəfərovun Türkiyə Ticarət Nazirliyi baş müdir müavini Alperen Kaçarla Ankarada işgüzar görüşü baş tutub.
Görüşün nəticəsi olaraq “Global Health Awards” layihəsi Türkiyə Ticarət Nazirliyi tərəfindən rəsmi şəkildə təsdiqlənən layihələr arasında yer alması müzakirə olunub.
Bu iş birliyi iki qardaş ölkə arasında ticarət və səhiyyə əlaqələrinin möhkəmlənməsinə və inkişafina təkan verəcək.