İQTİSADİYYAT
® “Azercell” 4G sürətini yeni nəsil iPhone smartfonlarında sınamağa dəvət edir
“Azercell Eksklüziv” mağazalarından “iPhone 14” və ya “iPhone 14 Pro” əldə edən müştərilər 3 ay ərzində pulsuz 50GB mobil internet qazanacaqlar
Sentyabr ayının 30-dan etibarən ən yeni “iPhone” modelləri “Azercell Eksklüziv” mağazalarında təqdim olunur. Lider mobil operator “Apple” brendinin pərəstişkarlarını “Azercell”in yüksəksürətli mobil internet xidmətlərindən yeni nəsil “iPhone”larda yararlanmağa dəvət edir. Şirkət “Azercell Eksklüziv” mağazalarından “iPhone 14” və ya “iPhone 14 Pro” smartfonlarını əldə edən bütün müştərilərə 3 ay müddətində 50GB həcmində ödənişsiz mobil internet hədiyyə edir.
Müasir texnologiyaları, istifadəçi rahatlığını və yüksək performansı bir araya gətirən yeni nəsil “iPhone” telefonlarının texniki xüsusiyyətləri və “Azercell Eksklüziv” mağazalarının ünvanları haqda ətraflı məlumat əldə etmək üçün https://www.azercell.com/az/personal/campaigns/devices/smartfonlar/iphone-14-pro-iphone-14-pro-max.html səhifəsinə keçid etməyiniz xahiş olunur.
Qeyd edək ki, “Azercell Telekom” MMC “Apple Inc.” şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşıdır. Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı və rəqəmsal texnologiyaları onlar üçün daha əlçatan etməyi hədəfləyən “Azercell” hər il ən qabaqcıl “iPhone” modellərini yerli bazarda təqdim edir.