İQTİSADİYYAT


® “Azercell” ADA Universitetinin təqaüd proqramına dəstək olur

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına daima töhfə verən “Azercell” şirkəti bu sahə üzrə savadlı kadrların yetişdirilməsinə xüsusi diqqət ayırır. Bu dəfə lider mobil operator ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsində təhsil alan və fərqlənən tələbələr üçün təqaüd ayıraraq onların fərdi və peşəkar inkişafına dəstək olub. Tələbələr fevralın 21-i ADA Universitetində təşkil edilən “Akademik mükəmməllik günü”ndə təltif ediliblər. Beləliklə, 4 tələbə dünya şöhrətli azərbaycanlı alim və qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə adına təqaüdə layiq görülərək təhsil haqqından tamamilə azad olunublar. Əlavə olaraq, 22 tələbə 50, 23 tələbəsi isə 25 faiz təhsil güzəşti əldə edib.

Xatırladaq ki, “Azercell Telekom” MMC 2013-cü ildən başlayaraq ADA Universitetinin fonduna maliyyə yardımı edir. Sosial layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan şirkət fəaliyyət dövrü ərzində bu istiqamətdə 19 milyon dollardan çox sərmayə yatırıb.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.