İQTİSADİYYAT


® “Azercell” Azərbaycanda ilk dəfə olaraq yeni rəqəmsal tarif təqdim edir

“İstəSən” tarifi abunəçilərə öz ehtiyaclarına uyğun tarif paketi yaratmaq imkanı verir

Oktyabr ayının 3-dən etibarən “Azercell” ölkədaxili dəqiqələri, mobil internet və ən populyar sosial şəbəkələr üçün meqabaytları özündə birləşdirən “İstəSən” tarifini istifadəyə verir.

Tarifin əsas paketi çərçivəsində müştərilərə 7 AZN-ə 30 ölkədaxili dəqiqə və 3GB internet təklif olunur. Abunəçilər fərdi ehtiyac və istəklərinə görə “Azercell”in “Kabinetim” tətbiqində paketin üzərinə danışıq dəqiqələri, əsas internet balansı, eləcə də instaqram/feysbuk, yutub və TikTok üçün internet əlavə edə bilərlər. Qeyd edək ki, daha çox həcm əldə edərək, mobil rabitə xərclərinə daha çox qənaət etmək olur.

“Kabinetim”lə yanaşı, tarifi 7575 qısa nömrəsinə “IsteSen” açar sözünü göndərməklə, “Azercell” Müştəri Xidmətləri ofislərində, diler dükanlarında və ya “Azercell”in rəsmi internet səhifəsində aktivləşdirmək mümkündür. Tarif haqqında ətraflı məlumatı “www.azercell.com” səhifəsindən əldə etmək olar.

Hər bir müştərinin fərdi ehtiyaclarına yönəlmiş bu yeni məhsul, abunəçilərə ən sərfəli tarif paketlərini yaratmağa daha geniş imkanlar təqdim edir.

Öz tarifinizi “Azercell” ilə yaradın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.