İQTİSADİYYAT


® “Azercell” “Hədiyyəli eSİM nömrələr” kampaniyasına start verir

®  “Azercell” “Hədiyyəli eSİM nömrələr” kampaniyasına start verir

Abunəçilərə müasir texnoloji xidmət və əlverişli təkliflərlə yeni imkanlar yaradan Azercell “Hədiyyəli eSİM nömrələr” kampaniyasını təqdim edir.

Kampaniyanın şərtlərinə əsasən, xüsusi olaraq ayrılmış gözəl eSİM nömrələri alan yeni abunəçilər seçimindən asılı olaraq müxtəlif hədiyyələr qazanacaqlar. Belə ki, abunəçi Fakturasız xətt kampaniya nömrələri əldə etdikdə, nömrənin dəyərinin yarısı həcmində hədiyyə balansı alacaq və bu bonus məbləği 6 ay ərzində istənilən Sərbəst və GəncOl tariflərinin alınmasına istifadə edə biləcək. Abunəçi Fakturalı xətt kampaniya nömrəsi əldə etdikdə isə, onun dəyərindən asılı olaraq Sərbəst 15, Sərbəst 25 və Sərbəst 50 tarif paketlərindən birinə ödəniş etmədən qoşulmaq imkanı qazanacaq.

Kampaniya nömrələri və onlara uyğun təkliflər haqqında məlumatı www.azercellim.com səhifəsindən, hədiyyəli eSİM nömrələri isə “Azercell”in istənilən rəsmi dilerindən əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.