İQTİSADİYYAT


® “Azercell” “Paycell” xidməti üzrə göndərilən sorğular üçün xidmət haqqını dayandırır

Lider mobil operator koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində növbəti addımı atır.

Yerli bazarın lider mobil operatoru “Azercell Telekom” MMC koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə abunəçilərinə dəstək olmağa davam edir. “Azercell” aprelin 10-dan etibarən “Paycell” xidməti üzrə göndərilən sorğular üçün xidmət haqqı tətbiqinin müvəqqəti olaraq dayandırıldığını bəyan edib. Xatırladaq ki, “Paycell” xidməti çərçivəsində istənilən Fakturasız Xətt (SimSim) nömrənin balansına 0.2 AZN, 0.5 AZN və ya 1 AZN vəsaiti hədiyyə qismində yükləmək mümkündür. Bu təklifdən yararlanmaq üçün SMS mətnində vəsaiti qəbul edən nömrəni qeyd etməklə, müvafiq olaraq 9204, 9200 və ya 9202 qısa nömrələrinə mesaj göndərmək kifayətdir. 

Xidmət haqqında ətraflı məlumatla “https://www.azercell.com/az/personal/services/zero_balance_options/paycell/” səhifəsinə keçid edərək tanış ola bilərsiniz.

“Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə xəbərdar olmaq üçün bizi rəsmi sosial media hesablarımızdan izləyin.

“Facebook”: https://www.facebook.com/azercell

“Instagram”: https://www.instagram.com/azercell

“LinkedIn”: https://www.linkedin.com/company/azercell

“Twitter”: https://twitter.com/Azercell

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.