Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

® “Azercell” “Qələbə ili”nin nəticələrini bölüşdü

®  “Azercell” “Qələbə ili”nin nəticələrini bölüşdü

Sınaq və çağırışlarla dolu 2020-ci ildə lider mobil operator bütün sahələrdə ölkəyə dəstəyini əsirgəməyib

Hələ bir il bundan öncə “Azercell Telekom”un öz müştərilərinə rəqəmsal gələcəyi əlçatan etmək və dinamik şəkildə yenilənən dünyanın tələblərinə daha çevik reaksiya vermək vədəsi 2020-ci ilin qlobal cəmiyyətə gətirdiyi transformasiyada, heç şübhəsiz ki, özünü müvəffəqiyyətlə doğrultdu. Bəşəriyyəti bürümüş özünütəcrid şəraitində yeni yaşam və çalışma üsullarına ahəngdar şəkildə uyğunlaşan “Azercell”in rəqəmsallaşma strategiyası həm təhsil, həm əyləncə, həm də işgüzar həyatda müxtəlif yaş kateqoriyalarından olan insanlara rahat və cəld rabitə imkanı təklif etdi. “Azercell”in aparıcı mobil operator olaraq innovativ xidmətlər və texnoloji həllər vasitəsilə müştərilərinin gündəlik həyatını daha da rahat etmək məqsədi şirkəti 2020-ci ildə özünün 5 milyonuncu abunəçisinə qovuşdurdu.

Həm ölkə, həm də bütün dünya iqtisadiyyatı üçün ağır sınaq dövrü olan 2020-ci ili “Azercell Telekom” itkisiz və ciddi nailiyyətlərlə başa vurmağı bacardı. 2020-ci ildə ölkənin mobil kommunikasiya bazarında 49 faiz pay sahibi olan Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergiödəyicisi “Azercell” 2020-ci ildə dövlət büdcəsinə 111,9 milyon AZN, 24 il ərzində isə ümumilikdə təxminən 2 milyard AZN vergi ödəyib. Mobil operator Azərbaycanda telekommunikasiyanın inkişafına 2020-ci ildə 58 milyon ABŞ dolları, 1996-2020-ci illər ərzində isə 1,7 milyard dollar həcmində sərmayə yatırıb.

Azərbaycan xalqı üçün həm də şanlı qələbə ilə tarixə düşən 2020-ci ildə “Azercell” işğaldan azad olunmuş bölgələrimizdə, o cümlədən Qarabağın mirvarisi sayılan Şuşada ilk rabitə və mobil internet şəbəkəsini qurdu. İndi şirkətin coğrafi əhatə dairəsi ölkəmizin işğaldan azad olunmuş əraziləri də daxil olmaqla 94,8 faizini, əhali əhatəsi isə 98,8 faiz təşkil edir. Keyfiyyətli və sürətli mobil internet xidmətləri ilə daim öndə olan “Azercell Telekom” il ərzində ölkəmizdə 4G şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla həyata keçirib. Ötən il “Azercell”in 4G şəbəkəsinin əhatəsi dairəsi 74,2 faizdən 85,1 faizə yüksəlib. Bununla yanaşı, 2020-ci ildə 4G texnologiyası üzərindən çalışan 784 yeni radio baza stansiyası quraşdırılıb, 4G şəbəkəsi üzərində çalışan stansiyaların ümumi sayı 2679-a çatdırılıb. “Azercell” şəbəkəsi üzərindən ötürülən məlumatın həcmi 2,25 dəfə artıb. Ümumilikdə, 2020-ci il ərzində yalnız 4G şəbəkəsi üzrə internet trafikində isə 60 faiz artım müşahidə olunub.

2020-ci il ərzində Bakı Metropoliteninin stansiya və tunellərinin də 4G şəbəkəsinin təmin edilməsi üzrə işlər uğurla davam etdirilib və hazırda paytaxtın artıq 14 metro stansiyasında “Azercell” 4G şəbəkəsi aktivdir.

30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunması ilə 2020-ci ildə Azərbaycan xalqının tarixində tamamilə yeni səhifə açıldı. Bu səhifədə öz dəsti-xəttilə tarix yazan “Azercell” də yumruq kimi birləşən cəmiyyətimizin ən fəal üzvlərindən oldu. Şirkət Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon manat həcmində vəsait köçürdü. Eyni zamanda, “Azercell”in “Kabinetim” mobil tətbiqində bu fonda ianə etmək imkanı yaradıldı. “Azercell” müharibə dövründə kimsədən dəstəyini əsirgəmədi. Bərdə və Gəncə şəhərlərində baş verən terror aktları zamanı yerli sakinlərin balansını artırdı, o cümlədən cəbhə bölgələrinə ezam olunmuş bütün media nümayəndələrinin balansına 100 AZN köçürdü.

2020-ci ilin ilk yarısı isə digər düşmənimiz – bütün dünyanı cənginə alan COVID-19 virusu ilə mübarizə və sərtləşdirilmiş karantin rejiminin gətirdiyi çətinliklərlə yadda qaldı. “Azercell” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat ianə etməklə bu cəbhədə də aktiv mübarizəyə qoşuldu. Şirkət, həmçinin hər kəsin bu fonda ianə etməsini asanlaşdırmaq üçün “Mobil ödəmə” xidmətini aktivləşdirdi. Bu dövrdə evdən çıxmaq qadağası ilə üz-üzə qalan yaşı 65-dən yuxarı abunəçilərə “Mobil Müştəri Xidmətləri” evində və tamamilə təmənnasız təqdim olundu.

Şirkətdən növbəti həmrəylik jesti karantinin tətbiq olunduğu ilk dövrdə xaricdə qalaraq ölkəyə qayıda bilməyən soydaşlarımıza yönəldi. Belə ki, “Azercell” rominqdə olan abunəçilərinin balansına 50 AZN yüklədi. Habelə, bütün “Azercell” abunəçiləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Qaynar xətt”inə pulsuz zənglər imkanı yaradıldı.

Koronavirusla mübarizə tədbirləri çərçivəsində “Azercell” virusla vuruşan 700-ə yaxın səhiyyə işçisinə 7 dəfə 50 AZN hədiyyə balans yüklədi. Həmçinin sosial izolyasiya şəraitində onlayn tədris verən 30 000-dək müəllimə 5 GB həcmində internet paketi təqdim olundu. “Azercell” karantin dövründə Abşeron yarımadası və bölgələrdə 11 000-dək aztəminatlı ailəyə və Böyük Vətən müharibəsi veteranlarına Novruz, Ramazan bayramları və 28 May - Respublika Günü münasibətilə ərzaq payı və bayram sovqatları çatdırdı.

2020-ci ilin böyük hissəsini əhatə edən sosial təcrid şəraitinə baxmayaraq, “Azercell”in müxtəlif xidmət kanalları müştəri müraciətlərini daha intensiv və operativ cavablama sistemini tətbiq edərək bu sahədə yüksək göstəricilərə nail oldu. Beləliklə, 2020-ci ildə “Azercell”in Telefon Mərkəzinə ümumilikdə təxminən 4 milyon zəng daxil olub, bunlardan 95 faizi cavablandırılıb, onlayn müştəri xidmətləri üzərindən 449,337 sayda sorğu daxil olub və bunların 98 faizi cavablandırılıb. “Azercell” şirkətinin il ərzində rəsmi “Facebook”, “Instagram”, “Twitter”, “YouTube” və “LinkedIn” səhifələrindən toplam 135 min müraciət daxil olaraq əməkdaşlar tərəfindən cavablandırılıb. Bundan əlavə, 2020-ci il ərzində şirkətin “Ön Masa”, “Azercell Ekspres”, “Azercell Eksklüziv” ofislərində, eləcə də “Mobil Müştəri Xidmətləri” vasitəsilə təxminən 1 milyon nəfər abunəçiyə üz-üzə xidmət göstərilib.

Qeyd etmək yerinə düşər ki, 44 günlük Vətən müharibəsi zamanı gücləndirilmiş və gərgin iş rejiminə baxmayaraq, “Azercell” əməkdaşlarının səyi nəticəsində bütün kanallar vasitəsilə xidmət keyfiyyəti ən yüksək səviyyədə saxlanıldı. Belə ki, ən son statistikaya əsasən onlayn kanallar vasitəsilə daxil olmuş müraciətlər 100 faiz cavablama göstəricisinə qədər yüksəlib. Hətta, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan uzunmüddətli sərt karantin rejimində “Azercell Müştəri Xidmətləri” fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib. 2020-ci ildə “Azercell” şirkəti ölkədə qurduğu “Müştəri Xidmətləri” sisteminin ən yüksək dünya standartlarına uyğun olduğunun nümunəsi kimi “ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq sertifikatı”na layiq görülməsi oldu.

Ötən il “Azercell”in yeni versiyada təqdim etdiyi “Kabinetim” mobil tətbiqi müxtəlif çeşiddə digər rəqəmsal xidmətlərdən istifadə etməyə şərait yaratdı. “Mobil Ödəmə” xidməti abunəçilərə kommunal, rabitə və bank xidmətlərilə yanaşı, milli orduya və COVID-19-la mübarizə fonduna ianə etmək imkanı da yaratdı. Dünya miqyasında məşhur “Busuu” tətbiqi abunəçilərə xüsusi şərtlərlə təklif edildi. “Azercell” il ərzində mobil televiziya sahəsində bəzi yeniliklər tətbiq etdi. Belə ki, uşaqlar üçün “Mobil TV” xidməti istifadəyə verildi. “BluTV” xidməti çərçivəsində isə populyar türk kino və serialları “Azercell”lilər üçün əlçatan oldu. “NNTV” tətbiqində televiziya kanallarının sayı artırıldı. Nəticədə, son bir il ərzində “Azercell”in rəqəmsal həllərindən istifadə edən aktiv abunəçilərin sayı 18 faiz artdı.

“Azercell” il boyunca abunəçilərini fərqli kampaniyalar, sərfəli tarif paketləri ilə sevindirib. Abunəçilərin yaxınları ilə ünsiyyətini daha da əlçatan edən “Yeni Hər Yerə” tarifi istifadəyə verilib. Bundan əlavə, lider mobil operator innovativ “Telegram Bot” xidmətini təqdim edib. Müxtəlif sərfəli aksiyalar çərçivəsində müştərilər əlverişli şərtlərlə ən son model “Samsung” və “iPhone” smartfonlarını əldə ediblər, onlara danışıq balansı və internet paketləri hədiyyə olunub. Keçirilmiş “Smartfon” kampaniyaları nəticəsində “Azercell” abunəçiləri arasında smartfon penetrasiyası 74 faizdən yüksək oldu, “Smartfon” istifadəçilərinin sayı isə 3.9 milyon təşkil edir.

Qlobal pandemiya ilə əlaqədar sərt karantin rejimində iqtisadiyyata dəstək məqsədilə 12 mindən çox hüquqi şəxsə xidmət göstərən “Azercell Biznes” yenilənmiş “Biznesim Veb həlli”ni təqdim etdi ki, bu həll vasitəsilə öncədən ödəniş etmədən şirkətlər 3 gün ərzində öz saytını yarada bildi. Bizneslər üçün müxtəlif qurğularla rahat qoşulma və rabitə imkanlarının yaradılması ilə “Azercell” biznes abunəçiləri arasında mobil internet istifadəçilərini sayı ötən illə müqayisədə 14 faiz artdı. Şirkətin korporativ müştərilərə istiqamətlənmiş fəaliyyəti Əşyaların interneti (IoT) ekosistemini ölkədə inkişaf etdirərək istifadəçi bazasının həcmini ötən illə müqayisədə 34 faiz artırdı.

2020-ci ildə sosial layihələrə ümumilikdə 2,6 milyon dollardan çox vəsait sərf edilib ki, bu göstərici 24 il ərzində 21,8 milyon dolları keçib.

Qeyd edək ki, savaş ilində “Azercell” korporativ sosial məsuliyyət tədbirlərinə xüsusi diqqət ayırıb.

İlin əvvəlində “Azercell Telekom” Azərbaycan Milli Olimpiya Komitəsi tərəfindən “Tokio 2020” Olimpiya Oyunlarında Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya komandalarının “Qızıl tərəfdaşı” seçildi. Qeyd edək ki, qlobal pandemiya ilə əlaqədar bu Olimpiya oyunları 2021-ci ilə keçirildi.

Müasir Azərbaycan qadının cəmiyyətdəki əhəmiyyətini layiqincə əks etdirmək üçün “Azercell” Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşı olaraq idmançı qadınların simasında “#Qadın Dediyin” layihəsini ərsəyə gətirdi. Layihə sosial media kanallarında yayımlanaraq cəmiyyətdə geniş əks-səda yaratdı.

Şirkətin ən sevilən sosial layihələrindən biri olan “Mobil Göz” və “Mobil Diş” səyyar Klinikalarında il ərzində Bakı və bölgələrdən 400 nəfərə yaxın kimsəsiz, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan insan pulsuz müayinədən keçdi.

10 ildən çoxdur yaradılan “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” “Azercell”in dəstəyi ilə karantin dövründə fəaliyyətini davam etdirib və ümumilikdə 6657 uşağa psixoloji yardım göstərilib.

Ölkədə təhsilin inkişafı, yüksək ixtisaslı kadrların yetişdirilməsi, insan kapitalının formalaşması işinə xüsusi diqqət ayıran “Azercell” ADA Universitetinin təqaüd proqramına, informatika müəllimləri üçün xüsusi təlimin təşkilinə dəstəyini davam etdirib. Şirkət “Beşinci Buktreyler Festivalı”nın rəqəmsal tərəfdaşı qismində çıxış edib. “Azercell”in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçirilib. Eyni zamanda, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə partnyorluq çərçivəsində “Azercell”in dəstəyi ilə İnformatika üzrə təlim keçən məktəblilərimiz 32-ci Beynəlxalq İnformatika Olimpiadası, 16-cı Beynəlxalq Jautikov Olimpiadası, Asiya Pasifik İnformatika Olimpiadası, İnformatika üzrə 12-ci Beynəlxalq Payız Turniri kimi nüfuzlu yarışmalarda il ərzində müxtəlif kateqoriyalı 10 medal qazanıblar. “SABAH qrupları”nın “Qış Məktəbi” layihəsinin gənc iştirakçıları üçün “Azercell” master-klassların təşkilini dəstəkləyib. “Azercell Telekom” yeni dərs ilinin başlanması münasibətilə imtahanlarda fərqlənən 300 abituriyentə və şəhid övladlarına “Busuu” dilöyrənmə tətbiqinə pulsuz kodlar, ən çox bal yığan abituriyentlərə və şəhid övladlarına planşetlər və pulsuz kodlar hədiyyə edib, təqaüdlər ayırıb. Eyni zamanda, 100-dən çox xüsusi qayğıya ehtiyacı olan uşaq da “Azercell”dən dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nömrələr alıb.

Ölkədə peşəkar kadrların inkişaf etdirilməsinə hər zaman xüsusi önəm verən “Azercell” 2020-ci ildə İnsan kapitalının inkişafına təxminən 700 min dollar, 1996-2020-ci illər ərzində isə 26 milyon dollar həcmində vəsait sərf edib. Şirkət güclü korporativ idarəçilik və mədəniyyətin, insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafı kimi 2020-ci il ərzində keçirilmiş audit nəticəsində bu ilin əvvəlində MDB məkanında ilk olaraq İnsana Sərmayə standartının ən yüksək “Platin” sertifikatına yiyələndi (IIP Platinum).

“Azercell”in 2020-ci ildə əldə etdiyi nailiyyətlər sırasında nüfuzlu “STEVIE ” Beynəlxalq Biznes Mükafatının üçqat laureatı olmasını da qeyd etmək lazımdır. Belə ki, 2020-ci ildə lider operator yüzlərlə şirkət arasında “İlin telekommunikasiya şirkəti” qızıl mükafatını, “İlin ən innovativ şirkəti” və “Ən dəyərli korporativ məsuliyyətli şirkət” nominasiyaları üzrə bürünc mükafatını qazanıb.

Bundan əlavə, “Azercell”in “#QadınDediyin” sosial layihəsi nüfuzlu beynəlxalq Red Jolbors festivalında “Gümüş” və “Bürünc” medal qazanıb.

Şirkət ötən il ölkəmizdə “ISO 37001:2016” “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatını alan ilk mobil operator olub.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 89,3 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 99,8 faiz təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq qızıl mükafatı əldə edib. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub