İQTİSADİYYAT


® “Azercell” Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 94 faiz təşkil edir

Lider mobil operator cari ilin ilk altı ayında 2 milyondan çox müraciət cavablandırıb

Beş milyon abunəçinin seçimi olan “Azercell Telekom” MMC “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq müştərilərinə müxtəlif platformalar üzərindən yüksək səviyyəli xidmət göstərməyə davam edir.

Cari ilin birinci yarısının nəticələrinə əsasən “Azercell” Telefon Mərkəzinin müştəri məmnuniyyəti səviyyəsi 94 faiz olub. Telefon mərkəzinə daxil olmuş 1,4 milyon zəng ortalama ilə 2 dəqiqə ərzində cavablandırılıb ki, bu da dünyada qəbul edilmiş 6 dəqiqə 10 saniyə standartı ilə müqayisədə çox yüksək göstəricidir.

Şirkət daha 500 minə yaxın sorğunu onlayn müştəri xidmətləri vasitəsilə, 125 minə yaxın müraciəti isə “Azercell”in rəsmi feysbuk, instaqram, tviter, linkedin və yutub səhifələri üzərindən qəbul edərək operativ şəkildə cavablandırıb.

Eyni zamanda, sözügedən dövr ərzində “Azercell”in Ön Masa, “Azercell Ekspres”, “Azercell Eksklüziv” ofisləri, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə 400 minə yaxın abunəçiyə üz-üzə xidmət göstərilib.

Müştəri müraciətləri əsasən mobil internet xidmətləri, balans haqqında məlumat, ödəmə qaydaları və xidmətlərə qoşulma ilə bağlı olub.

Xatırladaq ki, “Azercell” müştərilərə göstərilən xidmət səviyyəsi və müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.