İQTİSADİYYAT


® “Azercell Telekom” MMC-nin “Mobil Diş Klinikası” hesabatını açıqlayıb

“Azercell Telekom” MMC-nin uğurla fəaliyyət göstərən “Mobil Diş Klinikası” 2019-cu ildə gördüyü işlərlə bağlı yekun hesabatını açıqlayıb. Klinikanın həkimləri Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə, eyni zamanda, rayonlara səfər edib, minlərlə ehtiyacı olan insana yardım ediblər. 2019-cu ildə həkim baxışına ehtiyacı olan 507 nəfər müayinə, 546 nəfər isə müalicə olunub. 

Azərbaycandakı əksər uşaq evlərinin stomatoloji kabinetinin olmadığını nəzərə alan “Azercell” “Mobil Diş Klinikasını” ən müasir tibbi avadanlıqla təchiz edib. Şirkət yalnız Bakıda deyil, respublikanın regionlarında da yaşayan bütün kimsəsiz uşaqlara yardım etməyi hədəfləyib.

Qeyd edək ki, bu klinikanın bütün tədbirləri "Azercell Telekom" MMC-nin dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi illər ərzində layihə çərçivəsində minlərlə insan “Mobil Diş Klinikasının” həkimləri tərəfindən müayinə edilib və ehtiyac olduğu təqdirdə müalicə alıb.

Daha ətraflı məlumatı “[email protected]” ünvanından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.