İQTİSADİYYAT


® “Azercell” ahıl yaşına çatmış abunəçilərinin xidmətində!

“Azercell Könüllüləri” və şirkətin Mobil Müştəri Xidmətləri Müharibə və Əmək Əlilləri üçün pansionata səfər edib

Aparıcı mobil operator “Azercell Telekom”un öz əməkdaşlarından ibarət “Azercell Könüllüləri” xeyriyyə qrupu uzun illərdir ki, əhalinin daha həssas təbəqələri üçün müxtəlif təşəbbüslərlə çıxış edərək fərqli yaş qrupundan olan insanlara öz qayğısını göstərməkdə davam edir. Bu dəfə “Azercell Könüllüləri” öz sovqatları ilə Bilgəh qəsəbəsində yerləşən 9 saylı Müharibə və Əmək Əlilləri üçün Pansionata səfər edib. Könüllülərin həmin sosial xidmət mərkəzinə növbəti səfəri zamanı onları “Azercell” Mobil Müştəri Xidmətləri də müşayiət edib.

Beləliklə, özünün yeni “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədilə “Azercell” komandası pansionatda məskunlaşmış təqaüdçü abunəçilərinin rabitə ehtiyaclarını qarşılamaq, onlara bu xidmətlərdən daha rahat şəkildə faydalanmağı mümkün etmək kimi təşəbbüslə çıxış etdi. Ölkədə ilk dəfə olaraq pansionat sakinlərinə yerində və tam təmənnasız xidmət göstərərək “Azercell” Mobil Müştəri Xidmətləri gün ərzində 50-dən artıq təqaüdçüyə 30-dan çox müştəri əməliyyatı həyata keçirib, yaxınları ilə daha rahat əlaqə yaratmaq üçün mobil telefonun müxtəlif funksiyalarından yararlanmaqda yardımçı olub.

Qeyd etmək lazımdır ki, səfər zamanı bir qayda olaraq “Azercell”in Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsis, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar həyata keçirildi. Ahıl yaşlı həmvətənlərimizi rabitə xidmətləri vasitəsilə dünyaya daha yaxın etmək məqsədilə təşkil olunmuş bu təşəbbüsdən pansionat sakinləri çox razı qaldıqlarını söyləyərək “Azercell” əməkdaşlarına öz minnətdarlıqlarını ifadə etdilər.

Xatırladaq ki, bundan öncə “Azercell” Mobil Müştəri Xidmətləri mobil rabitə təminatçıları arasında ilk dəfə olaraq Şuşaya səfər edərək iki gün ərzində hərbçilər, tibbi heyət və Şuşa şəhərinin bərpasında iştirak edən digər işçi heyəti üçün pulsuz rabitə xidmətləri həyata keçirib və növbəti aylar ərzində işğaldan azad olunmuş digər bölgələrə də səfər etməyi planlaşdırır.

"Azercell Könüllüləri" xeyriyyə qrupu da şirkətin digər xidmət strukturları ilə birgə əhalinin daha həssas, daha çox qayğıya ehtiyacı olan təbəqələri üçün bundan sonra da yeni sosial təşəbbüslər həyata keçirməyi qarşısına məqsəd qoyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.