İQTİSADİYYAT


® “Azercell” gənclərin işlə təmin olunmasına yardımçı olur

Gənclərin karyera qurması, işlə təmin olunması istiqamətində ölkəmizdə həyata keçirilən layihələri hər zaman dəstəkləyən “Azercell” növbəti dəfə “Karyera sərgisi”nə qatılıb. Azərbaycan Texniki Universitetində təşkil olunan sərgidə “Azercell” şirkəti fəallığı ilə seçilib. Yarmarkada iştirak edən şirkət nümayəndələri “Azercell”ə işə qəbul olmaq istəyən məzunları və sərgi iştirakçılarını şirkətdə mövcud olan vakansiyalar barədə məlumatlandırıblar. İnsan Qaynaqları şöbəsinin əməkdaşları tələbə və məzunları şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları ilə tanış ediblər, onları maraqlandıran sualları cavablandırıblar. Tələbələr mövcud əmək bazarında onların ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr qurmaq, işəgötürənlər isə öz növbəsində potensial kadrların seçimini aparmaq imkanı qazanıblar.

Qeyd edək ki, “Azercell Telekom” MMC ilə Azərbaycanın müxtəlif ali təhsil ocaqları arasında sıx əməkdaşlıq mövcuddur. Belə ki, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncədə Azərbaycan Texnologiya Universiteti və Lənkəran Dövlət Universiteti ilə əməkdaşlıq memorandumları imzalanıb. Əməkdaşlıq çərçivəsində tələbələrin peşəkar inkişafı, innovasiya və sahibkarlıq sahələrinə cəlb olunmasına, eləcə də universitetlərin elmi-texniki və tədris bazasının inkişaf etdirilməsinə yönəlmiş müxtəlif layihələr həyata keçirilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan istedadlı gənclərimiz “Azercell”dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar.

Təhsilə və gənclərə yardım etmək “Azercell” şirkətinin fəaliyyətinin prioritet sahəsidir və bu istiqamətdə fəaliyyəti olaraq qalacaq.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.