İQTİSADİYYAT


® “Azercell” ilə “TikTok” indi daha əlçatandır

Lider mobil operator yeni “TikTok internet paketi”ni təqdim edib

Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC dünyada 800 milyondan çox istifadəçinin rəğbətini qazanan “TikTok” sosial şəbəkəsinin pərəstişkarlarını sevindirir. Mobil operator son zamanlar sosial mediada rezonans yaradan “TikTok” üçün xüsusi internet paketi istifadəyə verib. Fevralın 23-dən martın 31-dək yeni paket çərçivəsində 1GB həcmində interneti cəmi 2 AZN-ə təklif edən “Azercell” gənc nəslin sevimlisi olan “TikTok” tətbiqini müştərilər üçün daha da əlçatan edib.

Populyar musiqi və filtrlərdən istifadə edərək qısa videolar yaratmağa və paylaşmağa imkan verən “TikTok”dan endirimli qiymətlərlə yararlanmaq üçün “T” açar sözünü 2525 qısa nömrəsinə göndərmək kifayətdir.

Qeyd edək ki, “TikTok internet paketi”ni yalnız “Azercell”in aylıq internet paketlərinə abunə olan müştərilər sifariş edə bilərlər.

Sevdiyiniz sosial şəbəkədən əlverişli şərtlərlə yararlanmağa tələsin!

“Azercell”in aylıq internet paketləri haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/plans-and-services/internet-pack/monthly.html , “TikTok internet paketi” haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/internet/tiktok-data-pack.html  səhifəsinə keçid etməyiniz xahiş olunur.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 faiz, ölkə ərazisi üzrə əhatə dairəsi 89,3 faiz, ölkə əhalisi üzrə əhatə dairəsi 99,8 faiz təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. “Azercell” nüfuzlu “STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında “İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq qızıl mükafatı əldə edib. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspress” ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN imza” və sair. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. “Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-dək bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.