İQTİSADİYYAT


® “Azercell” ilə rominqdə onlayn ol

“Azercell Telekom” MMC öz abunəçilərini rominq xidmətləri sahəsində sevindirməyə davam edir

“Azercell Telekom” MMC xaricə səyahət edən abunəçiləri üçün internet xidmətini sərfəli qiymətə təqdim etməklə yanaşı, xidmətdən istifadəni daha da asanlaşdırıb. Müştərilərin xaricdə gözlənilməz xərclərlə üzləşmələrinin qarşısını almaq məqsədilə “Azercell” hələ 2018-ci ilin iyul ayında rominqdə istifadə üçün nəzərdə tutulmuş mobil internet paketi təqdim edib.

Hazırda Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan və Yeni Zelandiya kimi populyar istiqamətlərdə “Azercell” abunəçiləri prioritet operatoru seçmək zərurəti olmadan istənilən operatorun şəbəkəsində internet xidmətindən istifadə edə bilər. Qeyd edək ki, şirkət tərəfindən bu siyahının genişləndirilməsi istiqamətində müntəzam olaraq aktiv işlər görülür.

“Azercell” abunəçilərinə rominqdə internet xidmətlərindən faydalanmaq üçün 2 paket təqdim edir: 19,9 AZN ödəməklə 1 GB həcmində internet paketi və yaxud 9,90 manat ödəməklə 400 MB həcmində internet paketi. Paketlərdən 50 ölkədə 70-dən çox operatorun şəbəkəsində istifadə etmək mümkündür və siyahı daim yenilənir.

“Azercell”in rominqdə internet paketləri əsas üç prinsipə əsaslanır:

- Sərfəli (sabit və sərfəli qiymətlər. Rominqdə interneti söndürməyə daha ehtiyac qalmır),

- Xərclərə nəzarət (gözlənilməz xərclər olmayacaq. Ödəniləcək məbləği konkret tarif paketi ilə əvvəlcədən bilirsiniz),

- Sadəlik (sadə və anlaşılan qiymətlər).

Azərbaycanın telekommunikasiya bazarında lider olan “Azercell Telekom” MMC yüksək keyfiyyətli mobil internetə çıxışı daha sərfəli etməklə, gələcəkdə də öz abunəçilərini sevindirməyə davam edəcək.

Əlavə məlumat üçün https://www.azercell.com/en/personal/roaming/internetroaming/ səhifəsinə daxil olun.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, bir nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “ASAN İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.