İQTİSADİYYAT


® “Azercell” növbəti dəfə “Socially devoted” sertifikatına layiq görülüb

Telekommunikasiya bazarında liderliyini qoruyan “Azercell” müştəri xidmətləri sahəsində də innovativ ideya və həll yolları ilə hər zaman seçilir. 2018-ci ilin sonuncu rübündə “Azercell”in sosial şəbəkədə göstərdiyi aktivliyi “Socialbakers” şirkəti tərəfindən dəyərləndirilib və “Azercell” “Socially devoted” sertifikatına layiq görülüb. Beləliklə, “Socialbakers” şirkətinin apardığı araşdırmaya əsasən, “Azercell” rəsmi “facebook” səhifəsində istifadəçilərin ünvanlandırdığı sualları operativ şəkildə cavablandıraraq, 99 faiz nəticə əldə edib. Nəzərinizə çatdıraq ki, 2012-ci ildə “facebook” səhifəsində nümayiş etdirdiyi fəaliyyətə görə “Azercell” ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olub. 

Qeyd edək ki, “Azercell Telecom” MMC ölkəmizdə sosial şəbəkələrdə rəsmi səhifə və onlayn rejimdə çalışan müştəri xidmətləri yaradan ilk mobil operatordur. Bu yeniliklərin tətbiqində şirkətin məqsədi abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərlərin operativ çatdırılmasıdır. Hazırda “Azercell” abunəçiləri “facebook”, “twitter”, “disput.az”, “Google+”, “YouTube” və “Instagram” sosial şəbəkələrinin imkanları vasitəsilə yüksək keyfiyyətli xidmətdən yararlana bilir. Sosial şəbəkələrdə abunəçilər şirkətlə əlaqə qurub, ən qısa zamanda ehtiyacı olan məlumatları əldə edib və müraciətlərinin həllini tapma imkanına malikdirlər.

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət etmək mümkündür.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azercell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və sair. 2012-ci ildə “Azercell” ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “Investors In People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.